AZ

Azərbaycan yığması Avropa kubokunda

Azərbaycan yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında Avropa kubokunda iştirak edəcək.

İdman.biz xəbər verir ki, millimiz turnirdə 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Avropa kuboku aprelin 20-21-də baş tutacaq. Turnirdə 29 ölkədən 496 idmançı mübarizə aparacaq.

Komandamız yarışa gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərliyi altında yollanıb. Avropa kuboku başa çatdıqdan sonra cüdoçularımız aprelin 22-24-də Liqnanoda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Yığmanın heyəti:
60 kq

Nizami İmranov
Nurlan Kərimli
Babarəhim Mirzəyev

66 kq
Zahir Ağazadə
Məhəmməd Musayev
Eltac Yusifli

81 kq
Süleyman Şükürov
Mamed Əzizbekov
Məmmədrza Hacızadə
Qadir Hüseynov

90 kq
İsmayıl Zamanov

100 kq
Əjdər Bağırov
Nihad Şıxəlizadə

+100 kq
Ramazan Əhmədov

İdman.biz

Seçilən
141
20
Mənbələr
Şərh ()
Bağla