AZ

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçəcəklər

Parataekvondo üzrə Azərbaycan millisi bu gün Qubada təlim-məşq toplanışına başlayıb.

"Report" xəbər verir ki, yayda Serbiyada keçiriləcək Avropa çempionatına hazırlıq məqsədilə təşkil olunan toplanışa 6 idmançı cəlb edilib.

Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi təlim-məşq toplanışında Sabir Zeynalov, Amin Əliyev, Amin Şıxəliyev (hamısı 58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Orxan Cəfərov (+80 kq) iştirak edirlər. Hazırlıq prosesi mayın 4-də başa çatacaq.

Seçilən
151
1
Mənbələr
Şərh ()
Bağla