AZ

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Potsdam

Bakı, 18 aprel, AZƏRTAC

İqlim dəyişikliyi səbəbi ilə bütün dünyada ciddi iqtisadi itkilər riski mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Potsdam Universitetinin tədqiqatçıları xəbərdarlıq edirlər.

Yeni hesablamalara görə, əsrin ortalarına qədər qlobal istiləşmə nəticəsində qlobal iqtisadiyyat gəlirlərinin təxminən 20 faizini itirə bilər – hətta gələcəkdə iqlim üçün zərərli qazların tullantılarının həcmləri kəskin şəkildə azaldılsa belə. Potsdam Universitetinin tədqiqatçıları hesablayıblar ki, əks halda ildə 38 trilyon dollardan çox iqtisadi ziyan gözlənilə bilər. Bu ziyan qlobal istiləşməni maksimal olaraq 2 dərəcə ilə məhdudlaşdırmağa xidmət edən iqlimin müdafiəsi üzrə tədbirlərə ehtimal edilən xərclərdən altı dəfə artıq olardı.

Ehtimal olunan ziyan regiondan asılı olaraq ciddi şəkildə dəyişir. Tədqiqatda deyilir ki, ən çox ziyan ən yoxsul ölkələrə və iqlim dəyişikliyinin nəticələrinin ziyanını tam mənada dərk etməyən ölkələrə dəyəcək.

Tədqiqatçılar həmçinin Şimali Amerika və Avropada gəlirlərin 11 faizə qədər itirilməsini proqnozlaşdırırlar. Halbuki, adambaşına düşən gəlirin artacağı gözlənilir. Məlumat, əsrin sonuna qədər qlobal istiləşmənin iki dərəcədən aşağı səviyyədə məhdudlaşdırılması yolunu tutmaq mümkün olacağı ssenariyə aiddir. BMT-nin fikrincə, iqlim müdafiəsi üzrə hazırkı planlar kifayət etmir.

Tədqiqatın müəlliflərindən olan Maksimilian Kotsun sözlərinə görə, iqlim dəyişikliyi ən çox Cənubi Asiya və Afrikaya ziyan vuracaq: “Bu itkilər kənd təsərrüfatında məhsuldarlığa, əmək məhsuldarlığına və infrastruktura təsirlər kimi iqlim dəyişikliyinin iqtisadi cəhətdən əhəmiyyətli nəticələrinin geniş spektrindən qaynaqlanır”. Qasırğalar və ya meşə yanğınları nəticəsində dəyən ziyan hesablanmayıb, lakin ümumi məbləğ daha da arta bilər.

Seçilən
99
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1085
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
712
Sabah 5 kəndin qazı kəsiləcək
517
Bu yol qovşağında təmir işləri aparılacaq
473
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
418
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
308
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
266
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
245
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
228
Bakıda 9 otaqlı evdə yanğın baş verib
216
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
Çingiz Mustafayevin toyudur - FOTOLAR
170
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
162
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
161
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
123
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
112
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
74
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
73
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
62