AZ

İngiltərə kubokunun formatı dəyişir

Yeni mövsümdən İngiltərə kubokunun formatında dəyişiklik olacaq.   Manset.az  BBC-yə istinadən xəbər verir ki, oyunlarda heç-heç qeydə alınarsa, təkrar matç keçirilməyəcək. Dəyişiklik birinci turdan başlayaraq turnirin bütün mərhələlərini əhatə edəcək. Hazırda İngiltərə kubokunda 1-4-cü turlarda oyun heç-heçə bitəndə təkrar qarşılaşma keçirilir. Bu dəyişiklik UEFA-nın bayrağı altında keçirilən turnirlərdə oyunların sayının artması ilə əlaqədardır.

Qeyd edək ki, bu mövsüm İngiltərə kubokunun yarımfinalında “Mançester Siti” aprelin 20-də “Çelsi” ilə, “Mançester Yunayted” isə aprelin 21-də “Koventri Siti” ilə qarşılaşacaq.

Seçilən
51
3
Mənbələr
Şərh ()
Bağla