AZ

"Müəllim sertifikasiyaya görə yox, müqəddəs müəllim adına görə daim hazırlıqlı olmalıdır"

Xəbər verdiyimiz kimi, sertifikatlaşdırmadan keçə bilməyən təxminən 400-ə yaxın müəllim öz ərizəsi ilə işdən ayrılıb.

Hər il olduğu kimi bu il də müəllimlərin işdən çıxarılması məsələsi böyük rezonans doğurub. Prosesi alqışlayanlar və pisləyənlər ikiyə ayrlıb.

Məsələ haqqında Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov dedi ki, müəllimin işdən azad olunması nə qədər təəssüfedici hal olsa da, mövcud qanunvericiliyə riayət etmək də bir o qədər məcburidir:

"Müəllim əməyinin qiymətləndirilməsi, onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. Bununla belə, “Attestasiya”, “sınaq imtahanı”, “diaqnostika” və nəhayət “sertifikasiya” – bunların hansı biri kimlər tərəfindənsə bir mənalı qarşılanıb!? Hətta, nazir tərəfindən “sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır” kimi humanist və təsəlliverici açıqlaması belə məsələyə ikili yanaşmanı aradan qaldırmayıb. Kimlərsə sertifikasiyanı səriştəsiz, müəllimlərin tədris prosesindən kənarlaşdırılması baxımından müsbət hal kimi dəyərləndirirsə, digərləri bunu müəllimlərin, xüsusilə də yaşlı nəslin sayının azaldılmasına hesablanan bir addım kimi qiymətləndirir. Bu da təbiidir, çünki hər kəsin məsələyə fərdi baxış bucağı, fərqli yanaşma tərzi var. Kiçik bir xatırlatma yerinə düşər ki, müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilib. O vaxtkı qaydalara əsasən attestasiyanın nəticələrinə əsasən müəllimlərin işdən azad olunmasına yalnız pedqoji şuranın qərarından sonra xitam verilə bilərdi. “Əmək Məcəlləsinin 66-cı maddəsinə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin attestasiya olunmayacağı və sertifikasiyadan keçiriləcəyinə dair əlavə edilən ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq barədə yeni dəyişiklik də birmənalı qarşılanmamışdı. Müəllimlərin attestasiyası bir neçə dəfə planlaşdırılsa da müəyyən səbəblərdən onu reallaşdırmaq mümkün olmayıb. Məhz buna görə “Təhsil haqqında" Qanuna müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya diaqnostik qiymətləndirmə ilə əvəz olundu. Məsələ ondadır ki, diaqnostik qiymətləndirmə də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı".

Ekspertin sözlərinə görə, istənilən halda, sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir:

"Bununla belə ədalət naminə razılaşmalıyıq ki, sertifikasiyanın optimal variantını işləyib hazırlamaq, işlək mexanizmlərini müəyyənləşdirmək, 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirmək düşündüyümüz qədər də asan məsələ deyil. “Təhsil haqqında” Qanuna edilən dəyişikliklərə əsasən üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya sertifikasiyadan keçməyən şəxslər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikasiyada iştirak etmək hüququna malikdirlər: Təkrar sertifikasiyada iştirak etməyən şəxslər sertifikasiyadan keçməmiş hesab olunurlar və Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən tutduğu vəzifəyə uyğun gəlməməsi ilə bağlı işinə xitam verilir. Müəllimin işdən azad olunması nə qədər təəssüfedici hal olsa da, mövcud qanunvericiliyə riayət etmək də bir o qədər məcburidir. 5 illik müddətə nəzərdə tutulan bu prosedur, hələ ki, bir müddət davam edəcək və qaydalarda müvafiq dəyişikliklərin aparıla biləcəyi də istisna deyil. Ona görə də üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər məyus olmamalı, 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək üçün öz üzərlərində işləməli, sertifikasiyadan uğurla keçənlər isə məsuliyəti azaldıb, özlərində 5 illik bir arxayınçılıq hiss etməməlidirlər".

Nadir İsrafilov vurğuladı ki, müəllim sertifikasiyaya görə yox, nüfuzuna görə, müqəddəs və şərəfli hesab etdiyimiz müəllim adına görə daim hazırlıqlı olmalıdır.

"Sertifikasiya həm də müəllimin daim öz üzərində işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin artırılmasına xidmət edir. Buna görə də hesab edirəm ki, sertifikasiya prosesinə fərqli prizmalardan deyil, müəllimə öz səriştələrinin inkişafını dərk etməyə kömək edən, yeni səriştələrin formalaşmasına imkan verən, onlara potensial imkanlarından istifadə perspektivlərini, ixtisasının artırılması zərurətinin müəyyənləşdirən, əmək haqqı səviyyəsinin fərqləndirilməsini təmin edən bir prosedur kimi baxmaq lazımdır", - deyə ekspert bildirdi.

Humay İSGƏNDƏRLİ

Seçilən
106
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20507
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19222
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18184
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17595
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16489
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16290
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15347
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11847
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11242
"Zaur, yenə çaşdın..." - VİDEO
8821
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8439
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7954
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7908
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7411
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7024
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6215
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731