AZ

Deputat: “Azərbaycan xalqından üzr istəməlidirlər” — Radikalların proqnozu özünü doğrultmadı

“Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi dövlətimizin qələbəsini həzm etməyən radikal qruplaşmalarda isterika yaradıb. Üç ildən çox müddət ərzində Sevinc Osmanqızı, Əli Kərimli, Milli Şuranın digər radikal üzvləri, xaricdə oturub Azərbaycana həqarət yağdırmağı özünə peşə edənlərin proqnozları özünü doğrultmadı. Azərbaycan addım-addım öz hədəflərinə doğru irəlilədi. Bu gün ərazisinin hər bir qarışına hakim olan, torpağında heç bir dövlətin ordusu olmayan, suverenliyini tam bərpa etmiş bir Azərbaycan var”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O qeyd edib ki, Azərbaycanın güclü olması adıçəkilən şəxslərin hər birini hiddətləndirir:

“Çünki Azərbaycanın tarixi zəfərinə kölgə salmaq istəyirlər. Bu şəxslər üç ildən çoxdur iddia edirlər ki, Azərbaycan müharibədəki qələbəni özü əldə etməyib. Bu zəfəri Azərbaycan xalqından, Ali Baş Komandandan, ordumuzdan başqa hamının adını yazdılar, özlərinin anti-milli mövqelərini ortaya qoydular. Deyirdilər ki, Qarabağı işğaldan azad etdik, amma bütün ölkə işğal altına düşdü, çünki sülhməramlı qüvvələr Qarabağda yerləşib. İndi isə Azərbaycanı tənqid etmək üçün əllərində heç bir vasitə qalmayıb, sonuncu bəhanələri də əllərindən çıxıb. 

Əli Kərimli də, Milli Şura da onsuz da Azərbaycanın siyasətində yoxdurlar, artıq birdəfəlik getməlidirlər. Azərbaycanın böyük qələbə qazandığını etiraf etməlidirlər, Azərbaycan xalqından onun maraqlarına qarşı fəaliyyət göstərdikləri üçün üzr istəməlidirlər. Yox, əgər özlərində bu cəsarəti tapmırlarsa, bütövlükdə Azərbaycanın siyasi məkanını birdəfəlik tərk etməlidirlər”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
119
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21397
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19362
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18294
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17705
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16970
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16792
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16117
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15561
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12058
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11286
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9417
"Zaur, yenə çaşdın..." - VİDEO
8880
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8475
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8021
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7566
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7192
Minimum əmək haqqı nə qədər arta bilər?
7111
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6399
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5785