AZ

Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək

Azercell böyük məmnuniyyətlə ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir. Azercell-in bu təşəbbüsdə iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.

Azercell-in Karyera Hazırlığı Həftəsində keçirdiyi seminarlar telekommunikasiya sektoruna dair anlayışlar, emosional zəkanın rolu, müsahibə bacarıqlarının mənimsənilməsi, uğur və biznes etikası, telekommunikasiya sahəsində sahibkarlıq və innovasiyalar, şəxsi brendinqin əhəmiyyəti və rəqəmsal şəbəkə kimi bir sıra mövzuları əhatə edəcək. 

Yekun qiymətləndirmə və müsahibələr nəticəsində Azercell ADA Universitetinin beş tələbəsinə yay mövsümü ərzində təcrübə keçmək imkanı təqdim edəcək. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq. 

"Karyera Hazırlığı Həftəsində iştirak etməkdən və tələbələrin inkişafına töhfə verməkdən məmnunuq”, - deyə Azercell-in İnsan Kapitalının İdarə Edilməsi Departamentinin Direktoru Dilarə Hüseynova bildirib. "Biliklərimizi bölüşməklə və təcrübə imkanları təklif etməklə gələcək nəsil peşəkarları gücləndirmək və onların əmək bazarında uğur qazanmalarına kömək etmək istəyirik.”

Hər il onlarla gənc Azercell-in inkişaf proqramında təcrübə keçir. Lider mobil operator tələbələrin telekommunikasiya sektorunda bacarıqlarını inkişaf etdirir və onlara gələcək karyeralarında kömək edəcək dəyərli təcrübə qazandırır. 

Seçilən
78
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
901
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
594
Bu yol qovşağında təmir işləri aparılacaq
390
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
369
Sabah 5 kəndin qazı kəsiləcək
350
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
224
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
219
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
217
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
171
Çingiz Mustafayevin toyudur - FOTOLAR
143
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
137
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
123
Bakıda 9 otaqlı evdə yanğın baş verib
122
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
95
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
93
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
67
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
53
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
44