AZ

Getməli olanlar getdi, bitməli olanlar bitdi!

İkinci Qarabağ Müharibəsi başlayarsa, hərbi nəticələri bəlli idi. SSRİ-nin dağılmasından sonra özünü yeni müstəqil dövlət kimi tam isbat etmiş Azərbaycanın hərbi, iqtisadi, demoqrafik gücü, mərkəzləşmiş hakimiyyəti və öz liderlik keyfiyyətləri ilə dünyada nadir dövlət başçılarından biri olan İlham Əliyevin qarşısında Ermənistan uzun müddət dayana bilməzdi. Belə də oldu. Cəmi 10 gün içində Ermənistanın işğalçı ordusunun müdafiə xətti yarıldı, hava hücumundan müdafiə sistemi sıradan çıxarıldı, arxa cəbhədəki birlikləri şil-küt edildi. Bundan sonra Ermənistan təslim olmalı, rəsmi Bakıya işğalçı ordusunun qalıqlarının Qarabağdan çıxış təqvimini verib yeni səhifə açmalı idi. Fəqət Nikol Paşinyan Qarabağdan çıxacaq silahlı erməni birləşmələrinin onu devirəcəyindən qorxduğu üçün savaşı uzatdı. Şanlı ordumuz sözün əsl mənasında qəhrəmanlıq dastanı yazaraq Şuşanı azad etdikdən sonra Xankəndi hərbi baxımdan ovcumuzun içinə düşdü. Ancaq Xankəndinin azad olunması savaşın bitməsi anlamına gəlmirdi. İkinci Qarabağ müharibəsinin başlarında neytral mövqedən çıxış edirmiş kimi görünən Rusiya illərcə silahlandırdığı, milyardlarla dollarlıq cəbbəxana verdiyi Ermənistanın başının tam əzilməsinə seyirçi qalmaq niyyətində deyildi.Ağdam-Ağdərə istiqamətində mühasirədə qalmış erməni birləşmələrinin uzun müddət müqavimət göstərməyə taqəti qalmamışdı. Ciddi itkilər hesabına olsa da, bu istiqamətdə cəmləşmiş saysız-hesabsız tam hazırlıqlı döyüş briqadalarımız düşməni son nəfərinədək məhv etməyə hazır və qabil idi. Ancaq hər qayası bir səngər olan Laçın və Kəlbəcərdə irəliləmək üçün şərait xeyli əlverişsiz idi.

Əvvəla, relyef qoşunlarımızın sürətli hərəkətinin qarşısını ala bilərdi.

İkincisi, payız və qış aylarında bu bölgədə hərbi əməliyyat keçirmək müşkül olacaqdı.

Üçüncüsü, bu rayonlar Ermənistanla sərhəddir və Qarabağdan fərqli olaraq Laçın və Kəlbəcərdə qoşunlarını dislokasiya etmək Ermənistan üçün daha rahat olacaqdı.

Dördüncüsü, Laçın və Kəlbəcəri azad etmək üçün Ermənistan ərazisinə də zərbələr endirilməli idi. Bundan da Rusiya seyirçi qalmamaq üçün bəhanə kimi istifadə edəcəkdi.

Beşincisi, İkinci Qarabağ Savaşında zamanlama baxımından Ermənistanın Qərbdəki hamilərinin quyruğu qapı arasında qalmışdı. Müharibənin uzanacağı təqdirdə bu qapı istər-istəməz aralanacaq, Azərbaycana təzyiqlər güclənəcək, açıq və gizli şəkildə Ermənistana hərbi və maliyyə yardımı ediləcəkdi.

Odur ki, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev döyüş meydanında qazanılan qələbənin cəmiyyətdə yaratdığı eyforiyaya rəğmən ən doğru olanı etdi. Ermənistanı faktiki kapitulyasiya sənədi imzalamağa məcbur edərək hərbi əməliyyatları Xankəndinin girəcəyində saxladı. Tarix təsdiq etdi ki, əslində hadisələrin deyil, liderlərin zamana ehtiyacı varmış...

Üçtərəfli Bəyanata əsasən Qarabağa yerləşən Rusiya Sülhməramlı Kontingenti bölgədə olduğu müddətdə dəfələrlə öz səlahiyyətində olmayan məsələlərə müdaxilə etdi, Xankəndidəki seperatçı rejimi ayaqda saxlamaq üçün əlində gələni əsirgəmədi, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsinə stimul verdi. Bütün bunlar bəllidir. Ancaq böyük tabloda RSK-nın bölgədə yerləşməsi üç nəticə doğurdu:

- Rusiya 44 günlük savaşda Azərbaycanın qələbəsini tanımış oldu;Qarabağ münaqişəsinin tarixi arxa planına nəzər saldıqda, bu, son dərəcə böyük əhəmiyyət daşıyan məsələdir.

- RSK-nın bölgədəki varlığı Ermənistanın hamilərinin İrəvana təqdim etdikləri revanş planlarını xeyli dərəcədə əngəllədi.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21524
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19390
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18306
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17748
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17063
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16892
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16151
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15597
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12086
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9558
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8563
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8043
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7581
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7222
Minimum əmək haqqı nə qədər arta bilər?
7116
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6444
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5799