AZ

Xaricdə təhsil almaq istəyənlər nələrə diqqət etməlidir? – Əsas NÜANSLAR

“Abituriyentlər xaricdə universitet seçərkən mütləq şəkildə tələsməməli, həm özü araşdırma apararaq, həm də hər hansı bir mütəxəssisə müraciət edərək, bunu etməlidirlər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında xaricdə təhsil almaq istəyən abituriyentlərin diqqət etməsi zəruri olan məqamlar haqda danışan təhsil məsələləri üzrə ekspert Adil Vəliyev deyib.

Onun sözlərinə görə, abituriyentlər xaricdə təhsil almaq istədiyi zaman bir çox nüansa diqqət yetirməlidir.

“Xaricdə təhsil almaq istəyənləri iki hissəyə bölmək olar. Abituriyentlərin bəziləri lazım olan balı toplaya bilməyib, Azərbaycan universitetlərinə daxil ola bilmədikdə Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrdə yerləşən bəzi ali təhsil müəssisələrinə üz tuturlar. Burada əsasən qəbul attestatla aparılır. Lakin digər abituriyentlər öz işlərini daha öncədən sırf xaricdə təhsil almaq üçün planlayırlar. Hətta onlar ölkəmizdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda iştirak etməkdən imtina belə edir”, – deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, attestatla xaricdə təhsil almaq istəyən gənclər müxtəlif səbəblərdən az bal toplayaraq, ölkəmizdə hər hansı ali təhsil müəssisəsinə qəbul olmaya bilər. “Lakin onlar xaricdə təhsil almaqla bağlı müraciət edərkən bəzi məqamlara xüsusi olaraq diqqət yetirməlidirlər. Xaricdə oxumaq istəyən gənclər təhsilini bitirdikdən sonra ölkəsinə qayıtdıqda onun diplomu tanınmaya bilər. Ona görə də həmin abituriyentlər xaricdə universitet seçərkən mütləq şəkildə tələsməməli, həm özü bir qədər həm araşdırma apararaq, həm də hər hansı bir mütəxəssisə müraciət edərək bunu etməlidirlər”, – deyə o qeyd edib.

Mütəxəssis bildirir ki, abituriyentlər xaricdə təhsil almaq istədiyi universitet haqda məlumat toplamalıdır:

“Təhsil üzrə beynəlxalq axtarış sistemi – “ENİC-NARİC” sistemi var ki, abituriyentlər həmin sistem vasitəsilə təhsil almaq istədiyi universitetin adını axtarışa verərək, həmin ali təhsil ocağının adının çıxması, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanınması, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təsdiq olunub-olunmamasını yoxlamalıdırlar”.

Ekspert əlavə edib ki, xaricdə alınan distant təhsil ölkəmizdə tanınmır.

“Statistikaya diqqət yetirsək, görərik ki, bəzi şirkətlər attestatla xaricə təhsil almağa göndərdiyi abituriyentlər təhsillərini bitirdikdən sonra vətənə döndükdə onların diplomları tanınmır. Həmin şirkətlər abituriyentlərə müəyyən ödəniş qarşılığında distant təhsilə də cəlb etmək istəyirlər. Lakin qeyd edim ki, distant təhsil ölkəmizdə Elm və Təhsil Nazirliyi tərəfindən tanınmır. Ən əsas məsələlərdən biri də abituriyentlərin universistetlə yanaşı, onların təhsil alacağı ixtisas da önəm daşıyır. Eyni zamanda, gənclər təhsil alacağı ölkənin dilini də müəyyən qədər mənimsəməlidir”, – deyə ekspert yekunlaşdırıb.

İsmayıl Bakuvi

Seçilən
68
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21524
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19386
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18306
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17740
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17055
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16892
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16147
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15593
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12082
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11295
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9554
"Zaur, yenə çaşdın..." - VİDEO
8884
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8559
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8036
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7581
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7221
Minimum əmək haqqı nə qədər arta bilər?
7115
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6437
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5799