AZ

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur -ŞƏRH

Sülhməramlıların

Bakı, 18 aprel, AZƏRTAC

Prezident İlham Əliyev tarixi missiya həyata keçirdiyinə, xalqımızın alnından məğlub ləkəsini sildiyinə, hər bir əsgər və zabitimizin arxasında durduğuna, şəhidimizin qisasını aldığına görə xalqımız onu Müzəffər Ali Baş Komandan adlandırdı. Təkcə şanlı Ordumuzun deyil, diplomatiyanın da mahir bilicisi olan bu müzəffər insan Azərbaycanın, sadəcə, regional səviyyədə gücünü artırmadı, həm də qlobalist strategiyasını möhkəmləndirməyə müvəffəq oldu. Azərbaycanın bugünkü durumu dövlətin inkişafın strateji koordinatoru kimi yenilənmiş konsepsiyasının nəticəsidir. Bu gün tam haqla və bir o qədər də qürurla deyə bilirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf üçün başlıca şərtlərdən biri olan müstəqil dövlət siyasətini genişləndirib və şaxələndirib. Dövlətimizin başçısının “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikri bu dəfə də, sadəcə, sözdə qalmadı, məhz əməldə də, bu məqamda və amildə də sübut olundu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova səsləndirib.

Tərəqqinin ölkənin daxili siyasətindən və beynəlxalq sistemdəki mövqeyindən də asılı olduğunu vurğulayan politoloq deyib ki, dəyişən inkişafda milli maraqlarımız heç zaman qlobal çoxtərəfliliyə qurban verilmədi. Tam əksinə, bütün amillər milli maraqların təmin olunmasına xidmət etdi, bütün hallarda məhz milli maraqlarımız əsas tutuldu. Vətən müharibəsində dünyadakı bütün azərbaycanlılar bir hədəfə fokuslandılar ki, bu da işğal altındakı torpaqlarımızın azad edilməsi idi. O vaxtadək keçilən yol isə dövlətimizin başçısının gərgin əməyinin nəticəsi idi. 2023-cü ilin antiterror tədbirləri isə bir daha sübut etdi ki, qurulan bütün planlara, cəhd edilən gizli sövdələşmələrə rəğmən, dövlətimizin atdığı hər bir addım diqqətlə ölçülüb-biçilmiş tədbirlərlə müşayiət olunur, hər şey düşünülmüş strategiya və vahid plan üzrə gedir. Bu planları deşifrə etməzdən əvvəl daha vacib amili vurğulayaq ki, Azərbaycan xalqının maraqlarını rəhbər tutan dövlətimizin başçısı şəhid qanı ilə qazanılan haqlı Zəfərimizi elə haqlı olaraq yüksək dəyərləndirir, Qələbəmizin yarımçıq olduğunu bəyan edir, yenə də dayaq nöqtəsinin xalq olduğunu bildirirdi. Məhz buna əsaslanan Müzəffər Ali Baş Komandan üçrəngli Bayrağımızı Xocalıda dalğalandırarkən bir daha xalq ona minnətdar oldu. Bu məqamda həm də mütləq vurğulanmalıdır ki, üçtərəfli Bəyanatda sülhməramlıların 2025-ci ilədək müvəqqəti olaraq Qarabağda yerləşdirilməsi bəndinin salınması təşəbbüsünü də məhz Prezident İlham Əliyev irəli sürmüş, “müvəqqəti” şərti qoymuşdu. Sülhməramlıların Azərbaycan ərazilərindən artıq çıxarılmağa başlanılması şübhəsiz ki, Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur. Bu proses Azərbaycanın Şimal qonşusu olan Rusiya ilə normal münasibətlərinin və iki ölkənin ali rəhbərliyinin qərarının nəticəsidir.

“Sülhməramlıların çıxarılmasına yenidən fərqli don geyindirməyə, bulanıq çalarlar qatmağa çalışırlar. Azərbaycanla Rusiya arasında münasibətlər bundan əvvəl də müsbət idi, bu amil də münasibətləri zəiflətməyəcək, əksinə, möhkəmləndirəcək. Tək və səlis məntiq odur ki, Qarabağın ağrılı səhifəsini Azərbaycan artıq çevirib, ikitərəfli münasibətlərdə hərbi və sülhməramlı komponent mövcud deyil, ölkəmizin gündəliyində isə azad olunmuş əraziləri dirçəltmək dayanır. Münaqişə yoxdursa, qoşun saxlamağın anlamı da yoxdur və Rusiya tərəfi də bunu anladı. Düşünürəm ki, münasibətlərdən hərbi komponent amilinin çıxarılması əməkdaşlıqda yeni üfüqlər açacaq, Üstəlik o faktı da nəzərə alaq ki, Rusiya və Azərbaycan ali rəhbərliyi arasında mövcud olan şəxsi münasibətlər iki qonşu ölkənin əlaqələrini gücləndirən əsas amildir”, - deyə Ş.Həsənova əlavə edib.

Politoloq vurğulayıb ki, sülhməramlıların çıxarılmasına ABŞ-ın reaksiyası isə olduqca riyakardır. Bir daha sübut olunur ki, bunların ipinin üstünə odun yığmaq olmaz. Çünki “etibarlılıq” meyarını ölçmək üçün yenə də şans var idi ki, regiondan hərbi komponentin çıxarılmasını alqışlayasanız, Azərbaycanı təbrik edəsiniz və iki ölkə arasında sərt güc kənar saxlanılmaqla sülhə töhfə verməyin vacibliyi üzərində dayanasınız. Lakin sözdə deyil, əməldə. Rusiyanı Dnestryanı, Abxaziya, Cənubi Osetiya olmaqla bütün regionlardan hər mənada sıxışdırmağa çalışan, hətta 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını təqdir edən ABŞ Qarabağdakı sülhməramlılara münasibətdə yenə də bizə qarşı eyni məna ilə, lakin fərqli yol tutdu. ABŞ və Fransa regiona sülh prizmasından deyil, öz maraqlarının təmin olunması prizmasından yanaşdıqları üçün münaqişənin həllinin ən böyük əleyhdarlarıdır. Erməni rəsmiləri hətta aprelin 5-dən əvvəl bir-bir, iki-iki Pentaqona üz tutanda, orada görüşlər keçirəndə artıq məlum idi ki, Ermənistan militarlaşdırılır, hətta Ukraynaya vəd edilən, verilməyən hərbi dəstək İrəvana münasibətdə genişləndirilir. İndi isə ABŞ Dövlət Departamenti hərbi dəstək nəzərdə tutulan, deşifrə olunmuş sənədi “dezinformasiya” adlandırır. Ortada olan sənəd aparılan real müzakirələrin, atılan addımların məhsulu olan təkzibolunmaz real gizli paktdır.

Bəzi dairələrin Azərbaycanın xarici siyasətinin sistematik addımlarına xələl gətirməklə yanaşı, dövlətimizə, cəmiyyətimizə daxildən də zərbə vurmaq yolunu tutduqlarını bildirən Ş.Həsənova deyib ki, bu, mümkünsüzdür. Azərbaycan bunun mümkünsüz olduğunu dəfələrlə sübut edib. Vaxt var idi bəziləri Xocalının alınacağına rişxəndlə yanaşırdılar. Sülhməramlıların çıxması ilə bağlı qərar bir daha bəlli dairələrin arzularını gözündə qoydu, sərsəm “proqnozlar” və boş ritorikalarının həqiqətən də boş, eyni zamanda, arqumentlərinin də çürük olduğunu sübut etdi. Siyasi meydanda Prezident İlham Əliyevlə rəqabət aparmaq siyasi savad baxımından kasad, məhdud dünyagörüşünə malik, ən əsası, qərəzli yanaşmaya malik olanların işi deyil. Bir daha sübut olundu ki, Azərbaycan Prezidenti xalqının alternativsiz Lideridir. Dövlətimizin başçısı uğurlu siyasətini məzmun, forma və tətbiq olmaqla üç əsas istiqamət üzrə son dərəcə aydın realizə edir.

Seçilən
27
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20075
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19145
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18158
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17501
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16268
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16024
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15961
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15248
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11771
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11219
"Zaur, yenə çaşdın..." - VİDEO
8797
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7969
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7916
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7658
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7356
Minimum əmək haqqı nə qədər arta bilər?
7015
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6856
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6143
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5700