AZ

"Lufthansa" Tehran və Beyruta uçuşlarını aprelin 30-na qədər ləğv edib

Almaniyanın "Lufthansa" aviaşirkəti Tehran və Beyrut uçuşlarının dayandırılmasının müddətini uzadıb.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin sözçüsü deyib.

O bildirib ki, aprelin sonuna qədər bu ölkələrə və bu ölkələrdən "Lufthansa"nın uçuşları olmayacaq. "Tehran və Beyruta uçuşlarımız aprelin 30-na qədər ləğv edilib və biz eyni tarixə qədər İran hava məkanından da istifadə etməyəcəyik", - aviaşirkətin sözçüsü deyib.

Xatırladaq ki, ötən həftə İranın İsrailə raketlər və PUA-larla hücumundan sonra bu qərar qəbul edilib.

Seçilən
30
2
Mənbələr
Şərh ()
Bağla