AZ

"Lufthansa" Tehran və Beyruta uçuşlarını aprelin 30-na qədər ləğv edib

Almaniyanın "Lufthansa" aviaşirkəti Tehran və Beyrut uçuşlarının dayandırılmasının müddətini uzadıb.

AFP xəbər verir ki, bu barədə aviaşirkətin sözçüsü deyib.

O bildirib ki, aprelin sonuna qədər bu ölkələrə və bu ölkələrdən "Lufthansa"nın uçuşları olmayacaq. "Tehran və Beyruta uçuşlarımız aprelin 30-na qədər ləğv edilib və biz eyni tarixə qədər İran hava məkanından da istifadə etməyəcəyik", - aviaşirkətin sözçüsü deyib.

Seçilən
23
2
Mənbələr
Şərh ()
Bağla