AZ

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra mühüm təşəbbüslər irəli sürülüb və onlardan biri də neokolonializmlə mübarizədir. Məqsəd müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və qüvvələrin vahid platforma ətrafında birləşdirilməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda aprelin 18-də Azərbaycan parlamentində keçirilən elmi konfransda səsləndirib.

Bu mübarizədə Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən danışan təşkilatın rəhbəri bildirib ki, BTQ yarandığı yeddi ay ərzində eyni sayda beynəlxalq konfrans təşkil edib.

Fransanın dənizaşırı ölkələrə qarşı müxtəlif formalı təzyiqlər göstərdiyini vurğulayan Abbas Abbasov qeyd edib ki, Bakı Təşəbbüs Qrupu bundan sonra da neokolonializmdən əziyyət çəkən xalqlara və ölkələrə dəstəyini əsirgəməyəcək.

Seçilən
39
39
Mənbələr
Şərh ()
Bağla