AZ

Sosial fobiya nədir? - PSİXOLOQ AÇIQLADI

“Sosial fobiya əsasən qərb cəmiyyətlərində ən çox rast gəlinən psixi pozuntulardan biridir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.

Onun sözlərinə görə, bu problemi yaşayan insanlar toplum içində tənqid edilməkdən, qınaq obyektinə çevrilməkdən qorxur, sosial həyat tərzinə uyğunlaşa bilmir: “Bu cür şəxslər toplum içində yemək, içmək, danışmaq, qonaqlıqlarda iştirak etmək insanların arasında aktiv ünsiyyətdən çəkinərlər. Sosial fobiyası olan insanlarda topluma çıxarkən tərləmə, titrəmə, qızarma, danışarkən səsin əsməsi müşahidə edilə bilir. Hər 8 insandan birində sosial fobiyaya rast gəlmək olar”.

Psixoloq bildirib ki, sosial fobiya daha çox yeniyetməliyin ilk illərində və ya daha tez başlaya bilər: “Sosial fobiyanın səbəbi tam olaraq bilinmir. Bu baxımdan problemə müxtəlif amillər və demək olar ki, bütün psixi pozuntular səbəb göstərilir. Bu tip insanlar psixoloji dəstək almasalar, illərlə sosial fobiyadan əziyyət çəkə bilərlər. Koqnitiv davranış terapiyası sosial fobiyanın müalicəsində istifadə olunan aktual metoddur. Bu metod sosial fobiyası olan insanın qorxusuna səbəb olan düşüncəni dəyişməsinə, mənfi düşüncədən xəbərdar olmağa və daha pozitiv düşünməyə yardımçı olur”.

Ayşən Vəli

Seçilən
139
48
Mənbələr
Şərh ()
Bağla