AZ

Xəstəliklər “cavanlaşır”, gənclər isə tez “qocalır”

Bəlanın kökü şəhərdədir, yoxsa kənddə?
Bu gün gənclər əvvəlki nəsillərə nisbətən daha tez qocalır və onlar arasında xərçəng xəstəlikləri də artır. Bu, genetika, həyat tərzi, qidalanma və ətraf mühit amilləri ilə əlaqə­lidir. Gənc nəslin sürətlə qocalması ilə bağlı iddialar son vaxtlar sosial şəbəkələrdə də ge­niş müzakirə olunur.
Xüsusilə “TikTok”da iddia olunur ki, ha­zırda 27 yaşından aşağı olan gənclər özlərin­dən əvvəlki nəsildən (1981–1996-cı illərdə doğulanlar), daha yaşlı görünürlər. Buna ilk diqqət çəkənlərdən biri, 26 yaşı olan və 12 milyon izləyicisinə daim böyük qardaşı ilə səhv salındığını etiraf edən Cordan Houlett olub. O deyib: “Biz əvvəlki nəslin nümayən­dələrinin indiki nəsildən daha gənc göründü­yü bir dövrdə yaşayırıq. Bunun əsas səbəbi stressdir”.
Xəstəliklər niyə gəncləşib?
Elm adamları da son dövrlərdə bu iddi­aları təsdiqləyən açıqlamalar veriblər. Bey­nəlxalq Xərçəng Konfransında gündəmə gələn bir araşdırma ağ ciyər, mədə-bağırsaq və uşaqlıq yolu xərçəngi diaqnozu qoyulmuş gənclərdəki vəziyyətin tədqiqatçıların “sürət­lənmiş qocalma” kimi təsvir etdikləri halla əlaqəli olduğunu göstərib. Sadə dillə desək, gənclərin bioloji yaşları faktiki yaşlarından böyükdür. Ona görə də hüceyrə səviyyəsində yaşlılıq əlamətləri müəyyən xəstəliklərə daha erkən tutulmaq riskini artırır.
Sürətli qocalma elmin son dövrlərdə araşdırmağa başladığı bir sahədir. Bu, həyat tərzi, qidalanma, ətraf mühit və stress kimi faktorların bədəndə yaratdığı aşınmaları əks etdirir. ABŞ tədqiqatçıları, 1965-ci ildən son­ra doğulan hər nəsildə sürətli qocalmanın güclü sübutlarının olduğunu və buna görə də xərçəng riskinin artdığını söyləyirlər. Bu o deməkdir ki, 1997–2012-ci illər arasında ana­dan olan və hazırda gənclik dövrünü yaşayan nəslin nümayəndələri öz valideynləri (və ya nənə və babalarına) nisbətən daha erkən yaş­da xərçəng xəstəliyiinə tutula bilərlər. 
“Şeffild Universiteti” Sağlamlıq İnstitu­tunun direktoru, professor İlaria Bellantuono bunun inandırıcı olduğunu düşünənlərdən bi­ridir. O deyib: “Geniş araşdırma aparılmayıb. Amma deyilənlər mümkündür. Biz normalda yaşlı insanlarda inkişaf etməsinə öyrəşdiyi­miz xəstəlikləri indi gənclərdə daha çox mü­şahidə edirik. Bioloji qocalma bu xəstəlik­lər üçün risk faktorudur. Siqaret çəkənlərin ağ ciyər xərçəngi riski artdığı kimi, sürətlən­miş qocalma da bir çox uzunmüddətli xroniki vəziyyətlərin riskini artırır”.
Bu gün elm adamları bütün dünya əhalisi arasında erkən yaşda başlayan bədxassəli şiş­lərin az qala epidemiya səviyyəsinə çatmasın­dan narahatdır. 42 yaşında xərçəng diaqnozu qoyulduğunu açıqlayan Uels şahzadəsi Keyt Middlton da buna bir nümunədir. Statistikaya görə, 1990-cı illərin əvvəlləri ilə 2018-ci ili müqayisə etdikdə Böyük Britaniyada 25– 49 yaş arasında xərçəng halları 22 faiz artıb. Bu, digər yaş qruplarından daha yüksək nəticədir. Hətta, 1990-cı illərin əvvəlindən 2018-ci ilə qədər olan dövrdəki artımdan iki dəfə çoxdur. 
Harvard Universitetinin həkimi Şuji Oqi­no tərəfindən aparılan bir araşdırma xərçəng nisbətlərinin 20-ci əsrin ortalarından bəri davamlı olaraq artdığını göstərir. Ekspert deyib: “Müəyyən etdik ki, 1950-ci ildən bəri hər sonrakı ardıcıl nəsildə erkən xərçəng riski daha yüksək olur”.
Bioloji qocalmanı nə tezləşdirir?
Buna nəyin səbəb olduğunu heç kim dəqiq bilməsə də, ipucları var. Dr. Oqino qeyd edir ki, Böyük Britaniya və ABŞ kimi yüksək gəlirli ölkələrdə 1950-ci illərdən son­ra doğulanlar tərkibində yüksək miqdarda yağ, şəkər və duz olan emal olunmuş qida­lara, həmçinin süni ləzzətlərə getdikcə daha çox məruz qalırlar. Onun araşdırması 50 yaş­dan aşağı insanlarda daha çox rast gəlinən 12 xərçəng növündən 8-nin həzm sistemi ilə əlaqəli olduğunu müəyyən edib. Yaponiyada pəhrizlərə daha çox balıq, tərəvəz və paxlalı bitkilər daxil olduğu üçün orada erkən başla­yan xərçənglərdə artım müşahidə edilməyib.
Mütəxəssislər digər səbəbin elektron siqaret olduğunu düşünürlər. Bu siqaretlər erkən yaşlanmaya səbəblərdən biri ola bilər. Artan psixoloji sağlamlıq problemləri də insanların daha sürətli qocalmasına gətirib çıxarır. “NHS England”a görə, keçən il 20–25 yaş arası hər 5 nəfərdən 1-də psixi sağlam­lıq pozğunluğu qeydə alınıb. 
“London King's College”in tədqiqatçısı Dr. Culian Matz, depressiya diaqnozu qoyu­lan bu insanların psixi sağlamlıq problemi olmayanlarla müqayisədə DNT-lərində qoru­yucu telomerlərin daha qısa olduğunu müəy­yən edib. Qeyd edək ki, bioloji yaşı müəyyən etmək üçün telomerlərin uzunluğuna baxılır. 
Tədqiqatlara görə, yalnızlıq da erkən qo­calmanı sürətləndirir. Gənc nəsil internetdə daha çox vaxt keçirənləri “ən tənha nəsil” olaraq xarakterizə edir. Gənc nəslin təxminən 73 faizi özlərini bəzən və ya həmişə tənha hiss edirlər. Amerikalı cərrah, Dr. Vivek Mörfinin fikrincə, daimi tənhalıq gündə 15 siqaret çək­mək qədər zərərli ola bilər və sosial cəhətdən təcrid olunmuş insanlarda vaxtından əvvəl ölüm riski 32 faiz yüksəkdir. Sankt-Peterburq Gigiyena Tədqiqat Mərkəzinin araşdırmasına görə, hava çirklənməsinin 70 faizi nəqliyyat səbəbindəndir və havaya atılan qazlarda xər­çəng yaradan maddələr var. Çirkli havadan daha çox uşaqlar əziyyət çəkir. Çünki onlar böyüklərdən daha çox və tez-tez nəfəs alır­lar. Araşdırmalara görə, şəhərlərdə əqli, fiziki gerilik, ağciyər və allergiya xəstəlikləri daha çox olur. Bəs neyləməli, harada və necə yaşa­yaq ki, həm ömür uzunluğuna nail olaq, həm də sağlam yaşayq? Bunu düşünmək lazımdır.
Əsmər Məmmədova, Sabunçu rayonundakı 22 saylı şəhər poliklinikasının həkimi
“Uzun və sağlam ömür üçün harada ya­şamalı?”–sualını cavablandırmaq üçün öncə mövcud duruma nəzər salmalıyıq. Kənd insanının bədəni sağlam, ömrü uzun olur, deyirlər. Həqiqətənmi şəhərdən uzaq yaşa­mağın özü sağlamlıq üçün yetərlidir? Unut­mamalıyıq ki, paytaxtda və kənddə yaşamaq orqanizmə fərqli risklər yaradır və hərəsinin öz mənfi-müsbət tərəfləri var. Bu, fərdi qay­dada dəyişir.
Birinci fərq hava, ekoloji vəziyyətdir. Şəhər havasında müxtəlif çirklənmə, qatqı, kimyəvi maddələr çoxdur. Bunlar yol ge­dərkən nəfəs yollarına və ağ ciyərlərə topla­nır və bütün orqanizmə təsir edir. İri binalar, ensiz küçələr, sıx, dar evlər, hətta şəhərə xas memarlıq orada yaşayan insanın psixikasına mənfi təsir edir. Göydələnlər və geniş olma­yan yollar apatiya, təşviş və stres yaradır. Kənddə isə beyin və gözlər təbiətlə daha çox təmasda olur. Şəhərdə kommunal öhdəliklər insanı yorur, işıq, qaz sönən kimi həyat da­yanır, kənddə isə insanlar bunu asanlıqla həll edirlər. Həyətdə işləmək, ev heyvanları, bağ, ağaclar, ümumiyyətlə, təbiətlə təmas stressə qarşı dayanıqlığı artırır. Stress isə 90 faiz xəstəliklərin səbəbidir. 
Bundan başqa, şəhərdə yaşayan insa­nın daim əzgin, yorğun olması və yuxudan doymaması faktdır. Artıq şəhər əhalisində yorğunluq sindromu, depressiya və fibro­mialgiya halları artır. Müasir infrastruktur, durmadan artan xidmət, çatdırılma, sifariş, əlaqə, qaçhaqaç orqanizmi tükəndirir. İllü­ziyalar təşvişi artırır, panik ataklar başlayır, emosional tükənmə ən geci 2–3 ilə özünü göstərir. 
Digər problem ətrafdakı səs-küyə mü­nasibətdir. Şəhər insanının problemlərə başı o qədər qarışır ki, fonda olan səs-küyü artıq eşitmir. Amma o səs təsir edib işini görür. Şəhərlər səs kirlənməsinə –insan səsi, maşın, qatar, metro, musiqi, tikinti, sənaye səslərinə məruz qalır. Əgər şəhərdə səs səviyyəsi 55 desibelmetrdən çoxdursa, o zaman orada ya­şayanlarda hormonal pozuntu, kişi və qadın sonsuzluğu yaranır.
Amma bu o demək deyil ki, şəhərdən fərqli olaraq kənddə hər şey gözəldir. Artıq sübut olunub ki, şəhərdə ekoloji və gərginlik səbəbindən xəstəliklər riski çox olsa da, əlac tez tapılır. Kənddə isə şəhərdən fərqli olaraq, keyfiyyətli tibbi xidmət yoxdur. Şəhərdə ya­şayan çox zaman tibbi müdaxilə nəticəsində ölümdən xilas edilir. Qəzalar zamanı tez əməliyyat edilir. Vaxtında diaqnoz tapılır. Kənd insanı üçün isə poliklinika həkimin­dən və rentgendən başqa digər diaqnostik və instrumental müayinələr əlçatan deyil. Buna görə harada yaşamasından asılı olmayaraq, hər fərd özünə uyğun qidalanmalı, işləməli və istirahət etməlidir.
Zərifə HÜSEYNOVAXQ

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22121
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19518
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18394
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17859
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17472
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17344
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16297
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15725
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12222
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11335
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10073
"Zaur, yenə çaşdın..." - VİDEO
8926
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8867
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8112
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7715
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7377
Minimum əmək haqqı nə qədər arta bilər?
7152
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6557
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5869