AZ

Balaca rəssamlar Əzim Əzimzadənin ev muzeyində - REPORTAJ/FOTOLAR

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. SİA xəbər verir ki, bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Belə tədbirlərdən biri də dahi Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq artisti, Əmək Qəhrəmanı Əzim Əzimzadənin ev muzeyində təşkil olunmuşdu.

Əzim Əzimzadənin ev-muzeyi 1968-ci ildə Bakıda yaradılıb. Muzeyin fondunda rəssamın 2000 eksponatı qorunub saxlanılır. Ə.Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər karikaturalar, portretlər, ornamentlər və mənzərələr nümayiş etdirilir.

Muzeyin direktoru İradə Əzimzadə 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər günündə muzeyin qapılarını həm ziyarətçilər, həm də balaca rəssamlar üçün açdı. “M.A. ART” Rəssamlıq Studiyasının rəhbəri Münəvvər Allahquliyevanın şagirdləri öz əl işləri ilə muzeyin və ziyarətçilərin qonağı oldu. Münəvvər müəllimənin tələbələri təbiət və tarixi abidələr mövzusunda bu gün üçün xüsusi olaraq işlədikləri əsərlərini qürurla nümayiş etdirdilər.

Muzeyin direktoru İradə Əzimzadə mədəni irsin qorunması, tarixi abidələrin mühavizəsi və gələcək nəsillərə ötürülməsi barədə həm ziyarətçilərlə, həm də balaca rəssamlarla söhbət etdi. O bildirdi ki, kiçik rəssamlarla ünsiyyətdən çox məmnundur və dahi rəssamın ev-muzeyinin qapıları həmişə balaca rəssamların üzünə açıqdır:

“Əgər bu gün bu balaca balalar, yolunu getmək istədikləri ustad rəssamın eksponatlarının olduğu bir muzeydə öz əl işlərini nümayiş etdirirlərsə, bu, onların sənət yolunda böyük stimul olacaq. Mən bayaqdan onların əl işlərinə baxıram, inanın o qədər bəyəndim ki çəkdikləri şəkilləri. Onlar necə gözəl düşünürlərsə, o qədər də gözəl rəsm çəkiblər, daxili aləmlərini də bir o qədər gözəl təsvir ediblər. Rəsm çəkmək fitri istedaddır. Əgər Münəvvər müəllimə onların daxilindəki bu işığı görüb fitri istedadlarını kağıza köçürmələrinə vəsilə olubsa bu çox gözəl bir işdir, o təqdirəlayiq bir iş görür. O fəxr etməlidir ki, belə gözəl tələbələr yetişdirib. Həmçinin, bu gün bu balaca rəssamları bizə təqdim etdiyi üçün Münəvvər müəlliməyə təşəkkür edirəm”.

“M.A. ART” Rəssamlıq Studiyasının rəhbəri Münəvvər Allahquliyeva isə muzeyin rəhbərinə sərgi üçün şərait yaratdığına görə təşəkkür etdi: “Biz artıq bir neçə dəfədir ki, balaca rəssamlarımızın əl işlərini bu muzeydə sərgiyə çıxarırıq. Həm mən, həm də tələblərim və onların valideynləri hər ziyarətimizdə bizə hər cür şərait yaradan dəyərli İradə xanıma, muzey əməkdaşlarına minnətdarıq. Bu muzey bizim üçün doğma məkana çevrilib, balaca rəssamlarım sərgiyə hər dəfə xüsusi həvəslə hazırlaşırlar. Onlarda bu həvəsi yarada bildiyimiz üçün çox məmnunuq”.

Qeyd edək ki, sərgidə iştirak edən balaca rəssamların ən böyüyünün 13, ən kiçiyinin 4 yaşı vardı. Yaşlarına rəğmən çox peşəkar formada əsərlər işləyib, öz duyğularını, düşüncələrini ustalıqla kağıza köçürmüşdülər. Yazın gəlişi ilə canlanan təbiəti, meşələri, gölləri, çayları, həmçinin misilsiz tarixi abidələrimizdən olan Atəşgahı, Ramana Qalasını, Gövhər Ağa Məscidini, Mömünə Xatun Türbəsini, Şirvanşahlar Sarayını, Qız Qalasını kağıza həkk edən balacalar öz rəsmləri barədə ziyarətçilərə həvəslə məlumat verdilər. Onların al-əlvan rəsmlərinə ziyarətçi marağı böyük idi. Diqqəti çəkən məqamlardan biri də o idi ki, balacalar işğaldan azad olunmuş ərazilərimizdə olan tarixi abidələrimizə də diqqətlə yanaşmışdılar.

Sonda balaca rəssamlar və onların valideynləri həm uşaqların müəlliminə, həm də muzey rəhbərliyinə və ziyarətçilərə sərgiyə yaradılan şərait və göstərilən marağa görə təşəkkür etdilər. Sonra sərgi iştirakçıları ilə birgə xatirə fotosu çəkildi.

Lalə Mehralı

Seçilən
54
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19886
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19092
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18136
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17480
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16141
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15952
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15904
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15215
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11724
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11206
"Zaur, yenə çaşdın..." - VİDEO
8790
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7893
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7714
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7585
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7327
Minimum əmək haqqı nə qədər arta bilər?
7003
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6843
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6099
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696