AZ

Nizami rayonunda “Yaşıl dünya naminə həmrəylik” mövzusunda sərgi-tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həyrəylik ili” münasibətilə sərgi-tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, öncə “Yaşıl dünya naminə həmrəylik” mövzusunda elan edilmiş rəsm müsabiqəsi çərçivəsində Nizami rayon təhsil müəssisələrinin təmsilçilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “Tullantıdan sənətə” muzeyinin direktoru Əzim Alxaslı, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, Nizami Bələdiyyəsi sədrinin birinci müavini Heydər Rəhimov və başqaları qeyd ediblər ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır. Eyni zamanda, Azərbaycanın COP29-a ev sahibliyinin həm bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, həm də müvafiq istiqamətdə məlumatlılığın artırılmasına yeni fürsətlər yaratdığı vurğulanıb. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsində isə məqsəd insanları, xüsusilə də gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək və genişləndirməkdir.

Çıxışlardan sonra rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Ümumilikdə 25 müəsisədən 34 şagird və tələbənin iştirak etdiyi müsabiqədə I yerin qalibi 70 saylı orta məktəbin şagirdi Möminəxatun Dadaşova, II yerin qalibləri 129 saylı orta məktəbin şagirdi Amir Məmmədli, 32 saylı orta məktəbin şagirdi Gülan Rəcəbova, III yerin qalibləri isə 10 saylı orta məktəbin şagirdi Leyla Süleymanova, 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ-nin tələbəsi Eyvaz Rzayev və 242 saylı orta məktəbin şagirdi Aylin Vəliyeva olublar. Qaliblərə diplomlar, hədiyyələr, müsabiqənin fəal iştirakçılarına isə sertifikatlar təqdim olunub.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21749
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19445
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18319
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17783
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17218
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17094
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16215
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15628
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12157
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11303
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9736
"Zaur, yenə çaşdın..." - VİDEO
8896
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8664
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8071
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7651
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7261
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6468
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5819