AZ

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Quba, 18 aprel, Elxan Yusifli, AZƏRTAC

Quba şəhərindəki “Günbəzli hamam” bölgəyə gələn xarici turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir. XVIII-XIX əsrlərə aid abidə Şərq memarlığının incilərindən sayılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə tarixi abidənin qarşısında 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkil olunan tədbirdə bildirilib.

“Günbəzli hamam” el arasında “Çuxur hamam”, “Bəkir hamamı”, “Məşədi Əlimərdan hamamı” kimi də tanınır.

Hamam Quba şəhərinin mərkəzində, Musabəyov və Ərdəbil küçələrinin kəsişməsində yerləşir. 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Sonra kanalizasiya xətti tutulduğundan fəaliyyətini dayandırıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin aparıcı məsləhətçisi Şamil Əhmədov bildirib ki, 1986-1987-ci illərdə hamamda təmir-bərpa işləri aparılıb. 2018-ci ildə isə “Günbəzli hamam” xarici görünüşündə dəyişiklik edilmədən yenidən əsaslı bərpa olunub.

Qırmızı kərpicdən inşa olunduğundan qubalılar bu hamama “Qırmızı hamam” da deyirlər. Hamamın içərisində milli ornamentlərdən xüsusi ustalıqla istifadə edilib.

“Günbəzli hamam” ümumi zalından başqa, bəylər üçün nəzərdə tutulan dörd, istirahət və çay içmək üçün daha üç otaqdan ibarətdir. Böyük və kiçik olmaqla, iki tağdan ibarət birmərtəbəli hamamın 1 qapısı, 6 pəncərəsi var. Hamamın qızdırılmasında odundan istifadə olunub. Sobadan hamamın döşəməsi boyunca istiliyə davamlı kərpicdən kanallar çəkilib. Bununla da sobadan çıxan istilik həm də döşəməni qızdırıb.

“Günbəzli hamam” Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerli əhəmiyyətli tarixi abidə kimi qorunur.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkil olunan tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin rəisi Yaqub Yaqubov çıxış edərək, dövlətimizin mədəni irsimizin qorunmasını istiqamətində atdığı addımlardan danışıblar. Bildirilib ki, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, tarix və mədəniyyət abidələrinin qorunmasına, habelə təbliği işinə yönəltmək üçün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində ölkə ərazisində 29 tarix və mədəniyyət abidəsində ziyarətlər təşkil olunub.

Tədbirdən sonra iştirakçılar “Günbəzli hamam”la yaxından tanış olub, unikal tarixi abidə haqqında ətraflı məlumat alıblar.

 

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20135
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19153
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18170
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17521
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16309
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16068
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15969
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15280
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11795
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11219
"Zaur, yenə çaşdın..." - VİDEO
8798
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8032
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7923
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7709
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7368
Minimum əmək haqqı nə qədər arta bilər?
7016
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6879
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6169
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5704