AZ

General (Qurban Qurbanov) olmaq istəməyən əsgər (Rəşad Sadıqov)

O gün sosial şəbəkədə güldürən oğlanların aparıcılığı ilə veriliş çıxdı qarşıma.

Qonaq Azərbaycan millisində ən çox oyun keçirən, hazırda “Zirə”ni çalışdıran Rəşad Sadıqov idi.

Sabiq “14 nömrə”nin ona ünvanlanan “sizcə, Azərbaycanda Qurban Qurbanovun qazandığı uğurları təkrarlayacaq məşqçi var” sualına, açığı, iddialı cavab gözləyirdim.

Sadıqovun cavabı:

“Ümumiyyətlə, təkcə Azərbaycanda yox, bir çox futbol ölkələrində o uğuru təkrarlayan məşqçi yoxdur və olmayacaq da. O nəticələri təkrarlamaq mümkün deyil. Heç öz qarşıma da belə bir hədəf qoymuram”.

Həmin an qulağıma AZAL-ın keçmiş futbolçusu Usim Ndukanın səsi gəldi. Nigeriyalıdan bir neçə gün əvvəl aldığım müsahibə zamanı ona sual vermişdim ki, bəs, azərbaycanlı futbolçular niyə böyüyə bilmirlər?

Cavabında futbolçularımızın ölkə xaricinə getməkdə, daha az pula oynamaqda, çətinliklərə qatlaşmaqla maraqlı olmadığını bildirib, özündən misal çəkmişdi.

Deməli, Usim 2013-cü ildə AZAL-dan ayrılanda o vaxtkı “İnter”in o vaxtkı baş məşqçisi Kaxaber Tsxadadze futbolçunun məhəlləsinə gedərək onunla maşında görüşüb. Ndukaya illik 180 min dollar təklif edib. Razılaşıblar.

Çox keçmədən nigeriyalıya Türkiyənin Birinci Liqasında çıxış edən “Tavşanlı Linyitspor”dan burada qazanacağından daha az - illik 150 min dollarlıq təklif gəlib. 8 il Azərbaycanda yaşayan, azərbaycanlı xanımla ailə quran, oğlu burada dünyaya gələn, bir sözlə, ölkəmizdə hər cür rahatlıq tapan Usim “İnter”in təklifini geri çevirərək nisbətən az pula Türkiyəyə yollanıb.

Ki, bir ildən sonra Super Liqada çıxış etsin, oradakı futbolçuların qazandığı qədər qazansın. Yəni futbolçu kimi əsgər statusu ilə Azərbaycanda oynayan biri general olmağı hədəf seçib.

Rəşad Sadıqovun dedikləri ilə Usim Ndukanın yanaşmasını yan-yana qoyan kimi, nigeriyalının nə demək istədiyini keçmiş “14 nömrə”nin timsalında anladım.

Qurban Qurbanovu yaxından tanıyan 3-5 futbol adamından biri elə Rəşad Sadıqovun özüdür. Ölkənin bir nömrəli futbol məşqçisinin gənc yaşlarında yaşadığı kasıb həyatından tutmuş, yüksəldiyi zirvəyə qədər hansı zəhmətlərə qatlaşdığını az qala ölkənin yarısı bilir.

Adam xarakteri, iradəsi, nəfsinə sahib çıxması, sadəliyi və gecə-gündüz futbolla yaşamasına görə bu yerlərə gəlib çatıb.

Bəlkə də 10 il əvvəl heç kim inanmazdı ki, günlərin birində Qurbanov Xabi Alonso ilə dostluq edəcək, qonşu ölkələrdə, MDB dövlətlərində hamı adını əzbər biləcək. Heç kim inanmasa da, özü buna inanırdı. Başını aşağı salıb uğura doğru inamla addımlayırdı.

Bir məşqçinin efirdə “o nəticələri təkrarlayan məşqçi yoxdur və olmayacaq da” deməsi, mənə görə yerində saymaq yönündə ilk addımdır.

Hətta qarşındakı adam sənin üçün əlçatmaz görünsə belə, komandir rolunu oynayan baş məşqçi bunu bu şəkildə deməməlidir. Daha səliqəli ifadə seçməlidir, iddiasını göstərməlidir.

Açığı, hərdən mənə elə gəlirdi ki, Rəşad Sadıqovun təcrübə toplaması, “Neftçi” rəhbərliyinin bir gün “ayılması” “Zirə”ni çalışdıran adamın yolunu bu klubdan salacaq və yaxın keçmişdə Qurban Qurbanovla Rəşad Sadıqovun maraqlı duellərini izləyəcəyik.

Sadıqovun yerində olsaydım hansı cavabı verərdim?:

“Fikrimcə, hər bir məşqçinin arzusu Qurban Qurbanovun təcrübəsinə yiyələnmək, məşqçilik səviyyəsinə yüksəlməkdir.

Mənim də hədəfim məşqçi kimi o dərəcədə böyüməkdir. Hər dəfə ondan nələrisə öyrənirəm. O nəticələri kimin təkrarlaya biləcəyini zaman göstərəcək.”.

HƏBİB

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19997
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19132
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18140
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17485
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16211
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15967
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15956
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15237
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11754
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11215
"Zaur, yenə çaşdın..." - VİDEO
8794
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7904
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7866
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7628
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7337
Minimum əmək haqqı nə qədər arta bilər?
7011
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6847
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6119
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5696