AZ

"Növbəti mövsüm çempionluq uğurunda mübarizə aparmaq olar - "Difai"nin yeni tapıntısı

Birinci Liqada mövsümün ikinci yarısına uğurla start verən komandalardan biri də "Difai"dir. "Qazilər" komandası bu il keçirdikləri bütün oyunlarda yaxşı mübarizəsi ilə seçilib. Komanda məğlub olduğu matçlarda belə oyunu ilə rəqibindən geri qalmayıb.

Aşağı liqa təmsilçisinin yüksəlişində qışda heyətə cəlb edilən Bayraməli Qurbanovun da öz qatqısı var.

"Araz Naxçıvan"dan icarəyə götürülən forvard qısa müddətdə vurduğu qollarla "Difai"nin liderlərindən birinə çevrilməyi bacardı.

21-ci turda "Araz Saatlı" üzərindəki darmadağınla (4:0) qazanılan qələbədən sonra 21 yaşlı hücumçu Sportinfo.az-a müsahibəsində buraya gəlişi, "Difai"nin bu günü və sabahı barədə danışıb.

- Autsayderlərin qarşılaşmasında qələbəni darmadağınla əldə etdiniz. Belə sonluq gözləyirdin?

- Komandalar güclərinə baxası olsaq, məncə, gözlənilən hesab idi. Düzdü, ilk dəqiqələrdə çətinlik çəkdik. Bu da daha çox stadionla bağlı idi. Meydançaya uyğunlaşdıqdan sonra hər şey bizim lehimizə dəyişdi.

- Dublla yadda qaldın. Özünü qarşılaşmanın qəhrəmanı hesab edirsən?

- Qəti, mən belə deməzdim. Qələbəni komanda olaraq qazandıq. Oyunun bir qəhrəmanı var, o da bizim komandadır.

- Bu qələbə ilə liqada qalmaq vəzifəsinin öhdəsindən böyük ölçüdə gəldiyinizi demək olar. Bundan sonra nisbətən rahat olmaq olar, yoxsa məqsəd daha üst pillələrə qalxmaqdır?

- Təbii ki, komandada hər kəs yuxarı pillələr uğurunda mübarizə aparır. Qətiyyən rahat olmaq olmaz. Hər oyuna son oyun kimi çıxıb 3 xal üçün mübarizə aparacağıq.

- Mövsümün birinci yarısını "Araz Naxçıvan"da keçirdin. Premyer Liqanı Birinci Liqa klubuna dəyişmək çətin qərar olmadı?

- Hər bir futbolçu kimi mən də Premyer Liqada qalmaq istəyirdim. Müqaviləmi artırıb, “Difai”yə icarəyə gəldim. Hazırda tək məqsədim indiki komandama kömək etməkdir. Gələcəkdə yüksək liqaya qayıtmaq üçün əlimdən gələni edəcəm.

- "Difai"də işlərin necə gedir?

- Hər şey qaydasındadır. Burada çox mehriban ailə ortamı var. İlk gələndə gec uyğunlaşacağımız düşünürdüm. Klubda hər kəsə təşəkkür edirəm. Məhz onların sayəsində adaptasiyanı tez arxada qoydum. Məni çox gözəl qarşıladılar.

- "Difai"nin adının həm də Azərbaycan tarixində xüsusi yeri var. Bu komanda həm də "qazilər" komandası kimi tanınır. Seçimində bunun da rolu oldu?

- Bura gəlməyimi “Araz”dakı baş məşqçim Azər Bağırov məsləhət gördü. Söhbət etdik və uyğun komanda olaraq “Difai”ni göstərdi. Mən də razılaşdım. Təbii ki, bu əsnada komanda haqqında və adının hansı məna ifadə etməsi barədə məlumatım vardı. Bu da qərarımda öz təsirini göstərdi.

- Son oyundakı qələbədən sonra əsgər salamı verdiniz. Bu, o anlama gəlirmi ki, komandada vətənpərvərlik ruhu hər an qorunur?

- Əlbəttə. Və Azərbaycanın hər klubunda belə də olmalıdır.

- “Difai-“nin növbəti mövsüm hədəfləri böyüsə, burada davam etməyə qərar verəcəksən?

- Açığı, əsas məqsədim Premyer Liqaya qayıtmaqdır. Amma gələcəkdə nələr olacağını demək olmaz. Gözləmək lazımdır.

- “Difai” yeni qurulan kollektivdir. Klub rəhbərliyinin futbolçulara münasibəti necədir?

- Hər şey yaxşı səviyyədə qurulub. Rəhbərlik futbolçuların qayğısını hər addımda hiss edir.

- Komanda aktivindəki 16 xalın 12-ni mövsümün ikinci yarısında qazana bilib. Liderlərlə oyunda da meydanda inamlı "Difai" görürük. Növbəti mövsüm bu komanda çempionluq üçün mübarizə apara bilər?

- Bəli. Niyə də olmasın? Məncə, komandaya bir neçə yeni transfer etməklə, çempionluq uğurunda mübarizə aparmaq olar.

XANOĞLAN İMANOV

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21677
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19436
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18315
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17775
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17171
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17054
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16207
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15616
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12131
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11303
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9702
"Zaur, yenə çaşdın..." - VİDEO
8891
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8635
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8071
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7641
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7248
Minimum əmək haqqı nə qədər arta bilər?
7122
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6457
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5811