AZ

"İnstagram" çılpaq foto ilə şantajın qarşısını alan yeni funksiya yaradıb

“Instagram” potensial fırıldaqçı və cinayətkarların yeniyetmələri çılpaq şəkillərini göndərməyə həvəsləndirmək trendini qarşısını kəsməkdən ötrü yeni funksiyaları sınaqdan keçirdiyini bildirib.

Azpost.info bildirir ki, bu barədə CNN məlumat verib.

Cinayətkarlar belə şəkillərlə yeniyetmələri şantaj edir, onlardan pul almağa çalışırlar.

Şirkət ötən həftə “sekstorşn” adını almış bu trendin qarşısını kəsməkdən ötrü yeni funksiyaları sınaqdan keçirir.

Instagram birbaşa mesajlarda göndərilən çılpaq fotolara dumanlı görüntü veriləcəyini və istifadəçilərə belə işlə məşğul olan şəxslə ünsiyyətdə olduqları barədə xəbərdarlıq edəcək.

Bu funksiyalar tezliklə dünyanın hər yerində bütün istifadəçilərə açıq olacaq.

Çılpaq şəkillərin icazəsiz paylaşılması illərlə mövcud olan problemdir. Bu davranışa, adətən, qurbanı şəxsən tanıyan adamlar qisas üçün əl atırlar. Ancaq Federal Təhqiqat Bürosu (FBI) bu yaxınlarda maliyyə sekstorşnu hallarının artdığını bildirib. Bu hərəkəti çox zaman xaricdə yaşayan fırıldaqçılar törədirlər. Sekstorşn bəzi hallarda intihara da yol aça bilir.

Bu yeniliklər öncədən mövcud olan və yeniyetmələrin güvənliyi üçün nəzərdə tutulan funksiyalara əsaslanır. Söhbət bir-biri ilə əlaqəsi olmayan hesablar arasında mesajlaşmanın qarşısının alınması, təhlükəsizlik bildirişlərinin artırılması və intim görüntülərin paylaşılmasını istəyən birbaşa mesajlardan şikayət edilməsi imkanlarından gedir.

Ötən il “Meta” ABŞ-nin İtkin və istismar olunan uşaqlar üzrə Milli Mərkəzi ilə birlikdə “Take It Down” adlı platforma yaradıb. Bu platforma yeniyetmələrə internetdən götürülməsini istədikləri görüntülər üçün unikal rəqəmsal barmaq izi yaratmaq imkanı verir.

“Meta” və digər sosial şəbəkələr yeniyetmələrin ölüm hallarına dair minlərlə məhkəmə şikayəti ilə üzləşirBu şikayətlər, əsasən, belə platformaların gənclərə mənfi təsiri ilə bağlı olur. Bu təsirlər arasında sosial şəbəkə platformalarının ölümcül maddə satışına şərait yaratması, qidalanma pozğunluqlarına yol açması və sosial media aludəliyi doğurması da var.

“Meta” çılpaq şəkillərlə bağlı qoruma mexanizmini öncə Instagram-ın birbaşa mesajlarında sınaqdan keçirəcəyini bildirib. Çılpaq foto göndərilən zaman platforma görüntünü tutqun və görünməz hala salaraq mesajın göndərildiyi şəxsə onun çılpaq bədən şəkli olduğunu bildirəcək. Bildirişdə istifadəçiyə mesaja cavab verməli olmadığı xatırladılacaq və göndəricini bloklamaq təklif ediləcək. Platforma istifadəçinin çılpaq şəkil göndərmək istədiyini aşkarlayanda da bildiriş görünəcək. Bu bildiriş onları həmin fikirdən daşınmağa sövq edəcək.

Funksiya yaşı 18-i haqlamayan insanlar üçün avtomatik işlək olacaq. Ancaq böyüklərə də bu funksiyanı aktivləşdirmək təklifi gələcək.

“Meta” artıq xəbər lenti və platformalardakı digər ictimai yerlərdə çılpaq görüntüləri yasaqlayıb.

“Meta” sekstorşn fırıldaqları ilə məşğul hesabları müəyyənləşdirmək üzərində işlədiyini də bildirib. Bura belə hesablarla ünsiyyəti çətinləşdirmək, məsələn, göndərilən mesajları bloklamaq və sekstorşn üzündən ləğv edilmiş hesabla ünsiyyətə girən istifadəçilərə xəbərdarlıq göndərmək də daxildir. Bu mesajlar həmin istifadəçiləri ekspertlərin olduğu resurslara yönləndirəcək.

“Meta” noyabr ayında “Tech Coalition” qrupunun idarə etdiyi “Lantern” proqramına qoşulub. Bu proqram texnologiya şirkətlərinə uşaqların təhlükəsizliyini pozan hesablar və davranışlar barədə informasiyanı bir-biri ilə paylaşmaq imkanı yaradır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23844
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13248
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10669
Helikopter qəzası ilə bağlı yeni xəbər
6066
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5702
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5537
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4583
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
4499
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3881
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3719
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3569
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3483
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3069
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2876
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2765
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2539