AZ

AFFA-dan hakimləri təhqir edənlərə sərt cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı müxtəli qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 30-cu turunun qarşılaşmalarındakı qayda pozuntularına aşağıdakı kimi hüquqi qiymət verilib:

Premyer Liqa

“Sumqayıt” – “Zirə” oyununun 52-ci dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 1500 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” 800 manat cərimə edilib.

“Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. Oyunun fasiləsində “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Qəbələ” buna görə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz klubu 700 manat cərimə edilib.

“Səbail” – “Kəpəz” oyununda “Səbail”in futbolçusu Adi Mehremiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Səbail” buna görə 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah” – “Qarabağ” oyununda “Sabah”ın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” 800 manat cərimə edilib.

Əvedicilər Liqası

AFFA İntizam Komitəsinin Əvəzedicilər Liqasının 30-cu turunun oyunları ilə bağlı qəbul etdiyi qərarlar isə bunlar olub:

“Qəbələ-2” – “Turan Tovuz-2” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Sabah-2” – “Qarabağ-2” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam komandası 70 manat cərimə edilib.

“Səbail-2” – “Kəpəz -2” oyununda “Kəpəz”in futbolçusu Arzu Atakişiyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Gəncə komandası buna görə 300 manat cərimə edilib.

Seçilən
84
5
Mənbələr
Şərh ()
Bağla