AZ

AFFA Premyer Liqa klublarını və əvəzedicilərini cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqa, 29-cu tur

“Qarabağ” – “Səbail” oyununda “Səbail”in 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib.

“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 29-cu tur

AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının 29-cu turunun oyunlarındakı qayda pozuntularına da hüquqi qiymət verib:

“Qarabağ-2” – “Səbail-2” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam klubu 70 manat cərimə edilib. “Səbail”in futbolçusu Zaman Zamanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Səbail” buna görə 80 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Sabah-2” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimə edilib. “Sabah-2” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə, klub 100 manat cərimə edilib.

“Zirə-2” – “Qəbələ-2” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Topdaşıyanların say limiti pozulduğuna görə “Zirə” 80 manat cərimə edilib. Xərəkdaşıyanların say limiti pozulduğuna görə “Zirə” daha 80 manat cərimə ödəyəcək.

“Neftçi-2” – “Sumqayıt-2” oyununda “Neftçi”nin 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Neftçi”nin futbolçusu Elcan Əbilov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.
“Neftçi”nin futbolçusu Ağadadaş Salyanski qeyri-etik ifadə və ya hərəkətə görə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klubu 300 manat cərimə edilib. Bu oyuna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Neftçi” 100 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyinə görə və bu hal cari mövsümdə ilk dəfə yaşandığı üçün bu komandaya xəbərdarlıq edilib. Oyun bitdikdən sonra təhlükəsizlik tam təmin edilmədiyinə görə “Neftçi” 400 manat cərimə edilib. “Sumqayıt-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
6
Mənbələr
Şərh ()
Bağla