"Üstəlik normal kontentlər gəlir gətirmədiyi üçün pula görə hər oyundan çıxırlar. Pul qazanmaq niyyəti ilə öz övladını, ailəsini, yaşlı ata və anasını canlı yayıma çıxaran, etik olmayan davranışlar və söhbətlər edən şəxslərin sayı da buna görə getdikcə artır. Övladını canlı yayımda nalayiq ifadələr işlətməyə sövq edən, müxtəlif qeyri-etik hərəkətlər etməyə vadar edən valideynlər əksər hallarda məsuliyyətdən yaxa qurtarmağı bacarır. Çünki bizdə internetdə söyüşə, təhqirə görə o qədər də ciddi cəzalar müəyyənləşdirilməyib. Hətta məsuliyyətə cəlb olunsa belə, cüzi cərimə, yaxud xəbərdarlıq olunmaqla sərbəst buraxılır". Sosioloqun sözlərinə görə, bu sahədə cəzaların sərtləşdirilməsi, artırılmasına ehtiyac var ki, bəzi valideynlər övladlarını nəyə vadar etdiyinin, onların hüququnu necə pozduğunun fərqinə varsın:
"Son olaraq bir "tiktoker"in 30 sutka həbs edilməsinin şahidi olduq, Amma bu adam daha əvvəl cərimə olunsa da, sonra övladını canlı yayıma çıxarıb və etik olmayan danışıqlara yol verdiyi üçün həbs edilib. Həbsdən sonra davranışı necə olacaq, bunu yaşayıb görəcəyik. Amma cəmiyyətimizdə onlara bu qədər hədiyyə, pul göndərən şəxslər olduqca, bu xəmir hələ çox su aparacaq. Şəbəkənin bağlanması effekt verə bilər, amma daha sonra oxşar bir şəbəkə yaradılıb istifadəyə verilməyəcəyinə kim zəmanət verəcək?"
Seyranə Quliyeva / Metbuat.az