Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2024-2025-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat səviyyəsi üzrə aparılır.
Aztibb.az-ın xəbərinə görə, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 16–22 aprel 2024-cü il tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri
[email protected] elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.
Keçidə daxil olaraq müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı məlumat əldə edə bilərsiniz:
https://rb.gy/gamuqt