Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
"Qarabağ"ın futbolçusu Riçard Almeyda mövsümün sonunda klubu tərk edəcək.
"
FutbolPress"in əldə etdiyi məlumata görə, 35 yaşlı yarımmüdafiəçi "atlılar"la müddəti yayda bitəcək sözləşməsini uzatmayacaq. Almeyda azad agent kimi klubu tərk edəcək. O, vətəni Braziliyaya qayıtmaq qərarı verib.
“Sambaçı” 2012-ci ildə ölkəsinin “Santo Andre” klubundan “Qarabağ”a keçib. 6 il Azərbaycanda top qovan yarımmüdafiəçi daha sonra – 2018-ci ildə “Astana”ya (Qazaxıstan), 2020-ci ildə “Baniyas”a (Birləşmiş Ərəb Əmirlikləri) keçib. Həmin ilin yayında yenidən Azərbaycana qayıdan Almeyda bir mövsüm “Zirə”də oynadıqdan sonra “Qarabağ”a qayıdıb. O, bu mövsüm 22 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliyalı futbolçu 2017-ci ildə debüt etdiyi Azərbaycan millisindəki karyerasını da ötən yay sonlandırıb. O, yığmada 31 oyunda 3 qolla yadda qalıb.
"FutbolPress"