AZ

Almeyda "Qarabağ"dan ayrılacaq - yeni ünvanı bəllidir (EKSKLÜZİV)

"Qarabağ"ın futbolçusu Riçard Almeyda mövsümün sonunda klubu tərk edəcək.

"FutbolPress"in əldə etdiyi məlumata görə, 35 yaşlı yarımmüdafiəçi "atlılar"la müddəti yayda bitəcək sözləşməsini uzatmayacaq. Almeyda azad agent kimi klubu tərk edəcək. O, vətəni Braziliyaya qayıtmaq qərarı verib.

“Sambaçı” 2012-ci ildə ölkəsinin “Santo Andre” klubundan “Qarabağ”a keçib. 6 il Azərbaycanda top qovan yarımmüdafiəçi daha sonra – 2018-ci ildə “Astana”ya (Qazaxıstan), 2020-ci ildə “Baniyas”a (Birləşmiş Ərəb Əmirlikləri) keçib. Həmin ilin yayında yenidən Azərbaycana qayıdan Almeyda bir mövsüm “Zirə”də oynadıqdan sonra “Qarabağ”a qayıdıb. O, bu mövsüm 22 oyunda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliyalı futbolçu 2017-ci ildə debüt etdiyi Azərbaycan millisindəki karyerasını da ötən yay sonlandırıb. O, yığmada 31 oyunda 3 qolla yadda qalıb.

"FutbolPress"
Seçilən
72
3
Mənbələr
Şərh ()
Bağla