AZ

Dinozavrlarla eyni dövrdə yaşamış varlığın ölçüsü alimləri heyrətləndirdi

Alimlər müəyyən ediblər ki, tarixdə ehtimal ki, ən böyük dəniz sürünənləri təxminən iki avtobus ölçüsündə ixtiozavrlar olub.

Publika.azxəbər verir ki, o, təxminən 202 milyon il əvvəl dinozavrlarla birlikdə yaşayıb. Fosilləşmiş çənə sümükləri isə 2016-cı ildə İngiltərənin Somerset çimərliyində tapılıb. 2020-ci ildə ata və qızı daha bir oxşar çənə sümüyü tapıblar.

Mütəxəssislər fosillərin uzunluğu 25 metr olan iki nəhəng iktiozavr sürünənlərinə aid olduğunu bildirirlər. Elmi məqaləni yazan Bristol Universitetinin paleontoloqu Din Lomaks deyib ki, çənə sümüklərinə görə o, təxminən 25 metr uzunluğundadır:

“Biz bunun nə qədər uzun olduğunu hesablaya bilərik. Onun tam ölçüsünü təsdiqləmək üçün bütöv kəllə və skelet kimi daha çox dəlil lazımdır, çünki indiyə qədər yalnız bir neçə parça tapılıb. Nəhəng ixtiozavr kütləvi şəkildə yoxa çıxıb. Ondan sonra yaşayan ixtiozavrlar bir daha nəhəng ölçülərə çatmayıb”.

Seçilən
55
50
Mənbələr
Şərh ()
Bağla