AZ

İranın xarici işlər naziri Nyu-Yorka Mövlud Çavuşoğlu ilə birgə gedib - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ Dövlət Departamenti SEPAH üzvü, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vizasını rədd etməyib. O, 1983-cü il aprelin 18-də "Hizbullah"ın ABŞ-ın Livandakı səfirliyini bombalaması və amerikalıların ölümünə səbəb olmasının 41-ci ildönümü münasibətinə Nyu-Yorka gəlib.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.

Videoda Abdullahianın şəxsi təyyarədən istifadə etməməsi də diqqət çəkib. 

O, Türkiyənin NATO PA-dakı nümayəndəsi Mövlud Çavuşoğludan sonra təyyarədən enib.
Əvvəllər isə İranın xarici işlər nazirləri şəxsi təyyarədən istifadə edirdilər. 

 

Bizim.Media
 
Seçilən
75
35
Mənbələr
Şərh ()
Bağla