AZ

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

Evdən

Bakı, 18 aprel, AZƏRTAC

Fatmayı qəsəbəsində evlərin birindən 8 min manat pul və 8 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
99
17
Mənbələr
Şərh ()
Bağla