AZ

Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlandı

Abşeron rayonu Fatmayı qəsəbəsində evlərdən birindən 8000 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən İlkin Həşimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
15
Mənbələr
Şərh ()
Bağla