AZ

Anemiya göstəricilərinin yüksək olması dövlәt sәviyyәsindә tәdbirlәr görülməsini tәlәb edir - Qoşqar Təhməzli

Bakı. Trend:

Azərbaycanda aparılan sorğular və araşdırmalara əsasən, ümumi,reproduktiv yaşlı, hamilə, laktasiya dövründə olan qadınlar və 5yaşadək uşaqlar arasında anemiya göstəricilərinin yüksək olmasıdövlәt sәviyyәsindә tәdbirlәr hәyata keçirilmәsini tәlәb edir.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyininsədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi sistemi və onun vahidsağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədədeyib.

O əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatının keçənilkihesabatında dünyada təxminən 571 milyon qadın və 269 milyon azyaşlıuşağın anemiya səbəbindən ciddi sağlamlıq problemləri ilə üzləşdiyiqeyd edilib.

“Bundan әlavә, ekspertlәr hesab edirlәr ki, anemiyanın әhaliarasında 40%-dәn çox yayılması artıq dövlәt sәviyyәsindә tәdbirlәrhәyata keçirilmәsini tәlәb edir. Müəyyən dövrlərdə tələbatınartması və artan qan itkisinə görə mikronutriyent çatışmazlığı,eləcə də, anemiyanın xüsusilə yeniyetmə qızlar, reproduktiv yaşlı,hamilə və laktasiya dövründəki qadınlar, kiçik uşaqlar və körpələrkimi əhali qruplarında görülmə ehtimalı yüksəkdir.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, əhaliarasında 2000-ci ildə ilk dəfə anemiya diaqnozu qoyulmuş şəxslərinsayı 22 min nəfər olsa da, 2022-ci ildə həmin göstərici 46 minnəfər olub. Eləcə də, tibb müəssisələrində anemiyaya görəqeydiyyatda olan şəxslərin sayı 2000-ci ildə 28 min nəfər olsa da,2022-ci ildə həmin say 39 min nəfər olaraq qeydə alınıb.

Dəmir çatışmazlığı anemiyanın ən çox bilinən səbəbidir və bugünə qədər anemiya ilə mübarizə üçün görülən tədbirlərinəksəriyyəti dəmir çatışmazlığının qarşısının alınması vəmüalicəsinə yönəlib”, - AQTA sədri əlavə edib.

Seçilən
53
2
Mənbələr
Şərh ()
Bağla