AZ

AQTA sədri: Anemiya göstəricilərinin yüksək olması dövlәt sәviyyәsindә tәdbirlәr hәyata keçirilmәsini tәlәb edir

Azərbaycanda aparılan sorğular və araşdırmalara əsasən ümumi, reproduktiv yaşlı, hamilə, laktasiya dövründə olan qadınlar və 5 yaşadək uşaqlar arasında anemiya göstəricilərinin yüksək olması dövlәt sәviyyәsindә tәdbirlәr hәyata keçirilmәsini tәlәb edir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının keçən ilki hesabatında dünyada təxminən 571 milyon qadın və 269 milyon azyaşlı uşağın anemiya səbəbindən ciddi sağlamlıq problemləri ilə üzləşdiyi qeyd edilib:

“Bundan әlavә ekspertlәr hesab edirlәr ki, anemiyanın әhali arasında 40%-dәn çox yayılması artıq dövlәt sәviyyәsindә tәdbirlәr hәyata keçirilmәsini tәlәb edir. Müəyyən dövrlərdə tələbatın artması və artan qan itkisinə görə mikronutriyent çatışmazlığı, eləcə də anemiyanın xüsusilə yeniyetmə qızlar, reproduktiv yaşlı, hamilə və laktasiya dövründəki qadınlar, kiçik uşaqlar və körpələr kimi əhali qruplarında görülmə ehtimalı yüksəkdir”.

Q.Təhməzli qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, əhali arasında 2000-ci ildə ilk dəfə anemiya diaqnozu qoyulmuş şəxslərin sayı 22 min nəfər olsa da, 2022-ci ildə həmin göstərici 46 min nəfər olub.

“Eləcə də, tibb müəssisələrində anemiyaya görə qeydiyyatda olan şəxslərin sayı 2000-ci ildə 28 min nəfər olsa da, 2022-ci ildə həmin say 39 min nəfər olaraq qeydə alınıb. Dəmir çatışmazlığı anemiyanın ən çox bilinən səbəbidir və bu günə qədər anemiya ilə mübarizə üçün görülən tədbirlərin əksəriyyəti dəmir çatışmazlığının qarşısının alınması və müalicəsinə yönəlib”, - AQTA sədri əlavə edib.

Seçilən
49
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20505
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19222
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18184
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17595
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16486
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16290
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15347
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11847
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11242
"Zaur, yenə çaşdın..." - VİDEO
8821
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8439
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7951
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7908
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7411
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7024
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6215
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731