AZ

“Günay Sığorta” kreditorlarına müraciət edib

Lisenziyası ləğv edilən “Günay Sığorta” ASC kreditorlarına müraciət edib.

Valyuta.az xəbər verir ki, müraciətdə hazırda cəmiyyətin ləğv prosesində olduğu xatırladılıb.

Qeyd edilib ki, kreditorlar tələblərini 1 iyun 2024-cü ilədək  Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 75 C (AZ1065) ünvanına bildirə bilərlər.  

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur. 2023-cü ilin mayın 16-da Bankın lisenziyası ləğv olunduqdan sonra "Günay Sığorta"nın fəaliyyətində çətinliklər yaranmağa başlayıb. Elə həmin ilin iyunun 24-də ASC-nin də lisenziyası ləğv edilib.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla