- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
Lisenziyası ləğv edilən “Günay Sığorta” ASC kreditorlarına müraciət edib.
Valyuta.az xəbər verir ki, müraciətdə hazırda cəmiyyətin ləğv prosesində olduğu xatırladılıb.
Qeyd edilib ki, kreditorlar tələblərini 1 iyun 2024-cü ilədək Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 75 C (AZ1065) ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur. 2023-cü ilin mayın 16-da Bankın lisenziyası ləğv olunduqdan sonra "Günay Sığorta"nın fəaliyyətində çətinliklər yaranmağa başlayıb. Elə həmin ilin iyunun 24-də ASC-nin də lisenziyası ləğv edilib.