AZ

İmtahanda rekord sayda MAKSİMUM NƏTİCƏ - Suallar daha asan idi, yoxsa...

Ötən gün martın 10-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Məlum olub ki, 50-dən artıq məzun maksimum - 300 bal toplayıb. Nəzərə alaq ki, son illərdə belə bir uğura rast gəlinməyib.

Bəs builki buraxılış imtahanında rekord səviyyədə məzunun uğur qazanmasının  səbəbi nədir? Sualların asanlaşması, yoxsa təhsilin səviyyəsinin yüksəlməsi?

Mövzuya təhsil üzrə ekspert Kamran Əsədov aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, buraxılış imtahanlarının builki nəticələri kifayət qədər rezonans doğurub:

“Çünki bu dəfə Azərbaycanın təhsil tarixində olmayacaq qədər abituriyent maksimum nəticə topladı. Bu imtahanda maksimum bal 300 idi və 53 məzun da bu balı toplaya bilib. Əgər əvvəlki illərdə 2-3, maksimum 5 məzun ən yüksək hədəfə çatırdısa, bu il bu göstərici kifayət qədər böyük oldu. 

Bunun da bir neçə səbəbi var. 

Səbəblərdən biri odur ki, Elm və Təhsil Nazirliyi orta məktəblərdə buraxılış imtahanı modelində monitorinq imtahanları keçirib. Son üç ilə qədər belə bir hal yox idi. Ədalət naminə deyək ki, nazirlik orta məktəblərdə təhsilin keyfiyyətini artırmaq üçün böyük işlər görür. Xüsusən də qiymətləndirmə və monitorinqlərin buraxılış imtahanlarına uyğun şəkildə keçirilməsi bugünkü nəticəyə öz təsirini göstərib. İndiyə qədər abituriyentlər test tapşırıqları ilə tanış deyildi. Amma indi onlar test tapşırıqları ilə yaxından tanış olmuşdular. Bu tanışlıq da imtahanın nəticələrinə öz təsirini göstərib”. 

Kamran Əsədov digər səbəbdən də danışıb:

“Digər səbəbsə odur ki, Dövlət İmtahan Mərkəzinin (DİM) hazırladığı suallar artıq müəllimlərə və repetitorlara məlumdur. Ona görə də imtahan modeli və suallar tanış olduğu üçün məzunların yüksək nəticə göstərməsi təəccüblü deyil. Belə demək mümkünsə, müəllimlər DİM-in sirrini artıq çözüblər. Buraxılış imtahanındakı bu uğur I və IV qruplar üzrə qəbul imtahanında müsabiqəni xeyli gücləndirəcək. 

Amma digər qruplarda balların qalxma ehtimalı yoxdur. Görünən odur ki, bu il universitetlərin qəbul planı yerləri xeyli dərəcədə artacaq və bəlkə də 60 mini keçəcək.

Müqayisə etsək, görərik ki, 2010-cu ildə universitetlərin qəbul plan yeri 29 min idi. Bu il Qarabağ və Azərbaycan-Türkiyə universitetləri də fəaliyyətə başlayacaq. Bu da qəbul planını artıracaq. 

Amma yadda saxlayaq ki, buraxılış imtahanında ortalama bal yüksək deyil. Bu il də ortalama bal 120-130-dur. Sonda onu da deyim ki, builki imtahan sualları ötənilki suallarla müqayisədə xeyli asan idi. Bu mübahisəsiz belədir. Test tapşırıqlarında 30-40 faiz asanlaşma var. Bu da nəticəyə öz təsirini göstərib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23589
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13104
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
10125
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5676
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5508
Helikopter qəzası ilə bağlı yeni xəbər
4926
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4121
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3736
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3655
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3445
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3394
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
3128
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3044
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2743
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2693
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2517