AZ

Baydendən ŞOK İDDİA: “Onu adamyeyənlər yedi” – FOTO

ABŞ prezidenti Co Bayden Pensilvaniya ştatının Skranton şəhərinə səfərində İkinci Dünya Müharibəsi zamanı Sakit okean əməliyyatında iştirak etmiş əmisinin xatirə abidəsini ziyarət edib.

Yenicag.az xəbər verir ki, Bayden əmisi Ambrose Finneganın müharibə zamanı təyyarəsi qəzaya uğradıqdan sonra Yeni Qvineyada adamyeyənlər tərəfindən yeyildiyini deyib. Hərbi qeydlər təyyarənin Sakit okean üzərində itdiyini göstərir.

Bayden Skrantonu tərk etmək üçün təyyarəsinə minməzdən əvvəl jurnalistlərə açıqlama verib. “Təyyarə o zaman adamyeyənlərin çox olduğu bir ərazidə vuruldu. Onun cəsədini heç tapmadılar, amma yenidən ora getdikləri zaman yoxladılar və təyyarənin bəzi hissələrini tapdılar”, – deyə o bildirib.

Bayden eyni hekayəni Pittsburqa gəldikdən sonra həmkarlar ittifaqı üzvləri ilə söhbət edib. “O, Yeni Qvineyada vuruldu və cəsədi tapılmadı, çünki əvvəllər Yeni Qvineyanın bu hissəsində çoxlu adamyeyənlər var idi”, – Bayden deyib.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla