AZ

Baydendən hamını şoka salan açıqlama - Əmimi adamyeyənlər yedi

ABŞ prezidenti Co Bayden Pensilvaniya ştatının Skranton şəhərinə səfəri zamanı hər kəsi təəccübləndirən açıqlamalar verib. Skrantonda o, İkinci Dünya Müharibəsi illərində Sakit okean əməliyyatında iştirak etmiş əmisinin döyüş abidəsini ziyarət edib.Bayden əmisi Ambrose Finneganın İkinci Dünya Müharibəsi zamanı təyyarəsi qəzaya uğradıqdan sonra Yeni Qvineyada adamyeyənlər tərəfindən yeyildiyinə eyham vurub.Hərbi qeydlər isə təyyarənin Sakit okean üzərində itdiyini göstərir.Skrantonu tərk etmək üçün təyyarəsinə minməzdən əvvəl jurnalistlərə açıqlama verən Bayden, təyyarənin o zaman adamyeyənlərin çox olduğu bir ərazidə vurulduğunu deyib: “Onun cəsədini heç tapmadılar, amma yenidən ora getdikləri zaman təyyarənin bəzi hissələrini tapdılar".Bayden eyni hekayəni Pittsburqa gəldikdən sonra həmkarlar ittifaqı üzvlərinə də danışıb: " Yeni Qvineyada vuruldu və cəsədi tapılmadı, çünki əvvəllər Yeni Qvineyanın bu hissəsində çoxlu adamyeyənlər var idi".TAHİR

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla