AZ

“Sülhməramlıların gedişi Bakı ilə Moskva arasında normal münasibətlərin göstəricisidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Rusiya sülhməramlıları Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarıldı. Bu barədə qərarı Azərbaycan və Rusiya rəhbərləri birgə qərar verdilər. Bu, onu göstərir ki, nəyi, necə və nə vaxt etmək lazım olduğunu dövlət başçımız bilir. Məhz Prezident İlham Əliyevin düşünülmüş siyasəti öz müsbət nəticələrini verməkdədir. Əslində, 2020-ci il 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabrında uğurla reallaşdırılan anti-terror əməliyyatı düşünülmüş və vahid planın tərkib hissəsi və uğurlu nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayev deyib.

Onun sözlərinə görə, sülhməramlı missiya Azərbaycan ərazisinə yerləşərkən rəsmi şəkildə bəyan olunmuşdu ki, bu, müvəqqətidir və 2025-ci ildə missiyanın mandatının uzadılıb-uzadılmaması məsələsinə yenidən baxılacaqdı: “Belə ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə əsasən, Rusiya sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət növbəti 5 ilə uzadılır.

Amma Azərbaycan regionda elə reallıq yaratdı ki, bu gün missiyanın vaxtından əvvəl ölkəmizi tərk etməsinə şahidlik edirik. Eyni zamanda missiyanın fəaliyyəti dövründə separatçılar onlardan təhlükəsizlik çətiri kimi istifadə edə biləcəklərini düşünürdülər. Doğrudur, bu müddət əzində sülhməramlıların bəzi davranışları rəsmi Bakını qane etmirdi və narazı qaldığımız məqamlar da var idi. Amma tədricən Azərbaycan öz məsələsini özü həll edərək, separatizmin kökünü birdəfəlik kəsdi və bununla da artıq kənar vasitəçi missiyalara ehtiyac qalmadı”.

Deputat bildirib ki, sülhməramlıların Azərbaycanı tərk etməsilə bağlı qərarın iki ölkənin ali rəhbərliyinin birgə razılığı əsasında verilməsi Bakı ilə Moskva arasında yüksək səviyyəli münasibətlərin göstəricisidir: “Məlumdur ki, bütün müttəfiqlər Azərbaycana etibarlı tərəfdaş kimi yanaşır və qarşılıqlı-faydalı əməkdaşlıq çərçivəsində rəsmi Bakının milli maraqlarını heç bir qüvvə gözardı etmir. Buna cəhd olduğu halda adekvat cavab özünü çox gözlətmir. Bu mənada 44 günlük Vətən müharibəsindən sonra proseslərin Azərbaycanın maraqlarına uyğun şəkildə davam etdiyini görürük”.

Ləman Sərraf

Seçilən
59
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19482
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19005
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18061
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17364
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15890
Çingiz Mustafayevin toyudur - FOTOLAR
15868
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15576
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15120
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11628
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11154
"Zaur, yenə çaşdın..." - VİDEO
8758
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7838
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7348
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7248
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7083
Minimum əmək haqqı nə qədər arta bilər?
6973
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6765
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
5988
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5654