Məşhur aktyor Uraz Kaygılaroğlu iranlı sevgilisi Sayna Soleimanpour ilə yeni fotolarını paylaşıb.
Bakupost.az xəbər verir ki, aktyorun rəssam sevgilisi Sayna ilk sərgisi üçün verdiyi pozalar tənqid olunmuşdu. Sosial mediada səs-küyə səbəb olan pozalardan sonra Kaygılaroğlu açıqlama verərək üzr istədi.
Kayğılaroğlu bu dəfə sevgi dolu pozalar paylaşıb. Onun fotoları çox bəyənilib.
Qeyd edək ki, 2014-cü ildə ailə quran Uraz Kaygılaroğlu və Melis İşiten 2019-cu ildə qarşılıqlı olaraq boşanma qərarı verərək yollarını ayırıblar. Cütlüyün Ada adlı bir qızı var.
Aygün
BakuPost