AZ

Kim Çen In məşhur sənətçi ilə münasibətdə şübhəli bilinir - FOTO

KXDR lideri Kim Çen In bir vaxtlar atası və babasının etmədiyi həyat yoldaşı ilə ictimaiyyət qarşısına çıxması ilə məşhurlaşıb. Amma indi onun yanında getdikcə dahaçox başqa qadın görünür. Bu aktrisa və müğənni Hyun Song Woldur. 

 

Sfera.az bildirir ki, Cənubi Koreya kəşfiyyatı Hyun Song Wolun gizli sevgilisi olduğuna inanır. Hətta Şimali Koreya liderinin gizli sevgilisindən övladının olması ilə bağlı şayiələr də var. Lakin onun övladlarının dəqiq sayı hələlik məlum deyil.

 

Qeyd edək ki, Hyun Song Wol əvvəllər Şimali Koreyanın məşhur “Moranbong Band” qrupunun üzvü olub. İndi isə Kim Çen Inın şəxsi katibliyində işləyir.

 

Keçən həftə Hyun Song Wol Kim ilə Pxenyanda görünüb.

 

Qonşu Cənubi Koreyada Milli Kəşfiyyat Xidmətinin (NIS) keçmiş rəsmisi Choi Soo-yong iddia edir ki, Kim Çen In və ulduzun gizli münasibəti var. Onun iddiasına görə, sənətçi hətta ondan Kim İl Bon adlı bir uşaq da dünyaya gətirib.

 

Choi bu yaxınlarda “Korea Times” qəzetinə verdiyi açıqlamasında Kim Çen Inın həyat yoldaşı Ri Sol Ju ilə qanuni oğlunun olduğunu, lakin oğlanın çox "solğun və arıq" olduğundan ictimaiyyətə göstərilmədiyini bildirib. Bunun əvəzinə Kim artıq varisi sayılan qızı Kim Ju-ae-ni özü ilə hər yerə aparır. Keçmiş kəşfiyyatçı Eunun qeyri-qanuni oğlunun sağlam və güclü böyüdüldyünü bildirib. Deməli, gələcəkdə onun da ictimaiyyət qarşısında görünməsi və mühüm vəzifə tutması mümkündür.

 

Keçmiş casusun sözlərinə görə, Kim Çen In Hyun Sonq-Wolla hələ İsveçrədə məktəbdə oxuyarkən tanış olub. Qız gələcək lider və onun bacısı Kim Yo Jongla dost olub. Sonra Kim və Hyun arasında münasibət başlayıb. Lakin ata Kim Çen İr bu münasibəti bəyənməyib və sevgililər ayrılmalı olub. Amma atasının ölümündən sonra Kim Çen In münasibətlərini yenidən bərpa edib.

 

Bir mənbə də ikilinin İsveçrədə ilk dəfə yaxınlaşdığına dair sübutların olduğunu, 2012-ci ildə Hyun hamilə olarkən səhnədə çıxış edərkən şayiələrin yenidən alovlandığını qeyd edib.

 

Bu gün Hyun Sonq-Wall dövlət təbliğat və təşviqat departamentinin direktor müavini vəzifəsini icra etsə də, onun əsl işi birbaşa Kim Çenin tabeliyində işləməkdir.

 

Kimin həyat yoldaşı Li Sol Cuya gəlincə isə onun dəqiq yaşı, valideynlərinin kim olduğu və Kimlə evliliyindən əvvəl həyatının necə olduğu da daxil olmaqla, haqqında çox az şey məlumdur. Hətta onun adı da sirr olaraq qalır: Çünki müşahidəçilər evlilikdən əvvəlki həyatını gizli saxlamaq üçün onu əsl adını da gizlədirlər.

 

Xanım

Sfera.az 

Seçilən
144
50
Mənbələr
Şərh ()
Bağla