AZ

Rayonlara işləyən avtobuslar texniki baxışdan KEÇİRİLİR? – Rəsmi AÇIQLAMA 

Buraxılış ilindən asılı olomayaraq sərnişindaşımada istifadə edilən avtobuslar hər il texniki baxışdan keçməlidir. Çünki bu avtobuslar hər gün yüzlərlə sərnişini daşıyırlar. Məhz ictimai nəliyatın vaxtı-vaxtında texniki baxışdan keçməməsi təhlükənin nə qədər ciddi olmasından xəbər verir.

Elə bu günlərdə baş verən Tərtər-Bakı sərnişin reysində olduğu kimi...

Belə ki, Tərtər-Bakı reysini həyata keçirən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. Avtobusda yaranan texniki problem səbəbindən avtobusun sükanı anidən əsməyə başlayıb. Lakin sürücü özünü itirməyərək avtobusu yolun kənarına çəkməyi bacarıb. Amma bu vəziyyətdən avtobusda olan sərnişinlər narahat olublar. 

Demək ki, sözügedən reys üzrə hərəkət edən sərnişin avtobusunda texniki problem olub. 

Maraqlıdır, ümumiyyətlə Bakıdan bölgələrə və ya əksinə işləyən sərnişin avtobusları vaxtı-vaxtında texniki baxışdan keçirilirmi?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orrucov Bizim.Media-ya bildirib ki, qeyd edilən avtobus Avtovağzaldan kənar xidmət göstərən nəqliyyat vasitəsidir: 

“Qaldı ki, Avtovağzaldan müntəzəm sərnişinaşıma fəaliyyəti ilə məşğul olan avtobusların texniki baxışdan keçməsinə, marşrutlar gündəlik reysqabağı texniki baxışdan keçirilir. Həmçinin sürücülər də tibbi müayinəyə cəlb olunurlar”, - deyə qurum rəsmisi əlavə edib.

Nuranə Daxilqızı, Bizim.Media

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla