AZ

Rayonlara işləyən avtobuslar texniki baxışdan KEÇİRİLİR?– Rəsmi AÇIQLAMA

Buraxılış ilindən asılı olmayaraq sərnişindaşımada istifadə edilən avtobuslar hər il texniki baxışdan keçməlidir. Çünki bu avtobuslar hər gün yüzlərlə sərnişini daşıyırlar. Məhz ictimai nəqliyyatın vaxtlı-vaxtında texniki baxışdan keçməməsi təhlükənin nə qədər ciddi olmasından xəbər verir.

Elə bu günlərdə baş verən Tərtər-Bakı sərnişin reysində olduğu kimi...

Belə ki, Tərtər-Bakı reysini həyata keçirən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. Avtobusda yaranan texniki problem səbəbindən avtobusun sükanı anidən əsməyə başlayıb. Lakin sürücü özünü itirməyərək avtobusu yolun kənarına çəkməyi bacarıb. Amma bu vəziyyətdən avtobusda olan sərnişinlər narahat olublar. 

Demək ki, sözügedən reys üzrə hərəkət edən sərnişin avtobusunda texniki problem olub. 

Maraqlıdır, ümumiyyətlə Bakıdan bölgələrə və ya əksinə işləyən sərnişin avtobusları vaxtı-vaxtında texniki baxışdan keçirilirmi?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orrucov bizim.media-ya bildirib ki, qeyd edilən avtobus Avtovağzaldan kənar xidmət göstərən nəqliyyat vasitəsidir: 

“Qaldı ki, Avtovağzaldan müntəzəm sərnişinaşıma fəaliyyəti ilə məşğul olan avtobusların texniki baxışdan keçməsinə, marşrutlar gündəlik reysqabağı texniki baxışdan keçirilir. Həmçinin sürücülər də tibbi müayinəyə cəlb olunurlar”, - deyə qurum rəsmisi əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24414
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13784
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12129
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8856
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6357
Rəisi öldü, Pakistanda matəm elan edildi
5946
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5818
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5623
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4055
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4005
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3855
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3646
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3500
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
3460
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3187
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2824
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797