AZ

AŞPA-da Azərbaycanın fəaliyyətinin bərpası... - Səməd Seyidov detalları açıqladı

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Fransanın Azərbaycandakı səfirini geri çağırması hansı məqsədlərə xidmət edir? İndiki halda birtərəfli qaydada diplomatik münasibətləri kəsməkdə məqsəd nədir?

- Fransa destruktiv mövqeyi ilə daha çox özünə problem yaradır. Bunun regiona da mənfi təsiri var. Bu addımın atılması Fransanın regionda apardığı siyasətin faktiki olaraq iflasa uğraması ilə bağlıdır. Məsələ heç də Qarabağın tam şəkildə azad olunması, Azərbaycanın suverenliyinin bərpası ilə bağlı deyil. Ümumiyyətlə, regionda Fransanın destruktiv davranışları, müxtəlif vasitələrlə qeyri-sabit vəziyyət yaratmaq niyyəti, Ermənistanın birtərəfli qaydada silahlandırılması, Azərbaycanla bağlı ağılasığmaz diplomatik normalara sığmayan qəti addımların atılması məhz bu kontekstdədir. Fransada Azərbaycan səfirliyinə, mədəniyyət abidəsinə olan hücum, təhqir və digər davranışlar bu xəttə bağlıdır.

- Azərbaycana qarşı beynəlxalq təşkilatlar səviyyəsində aparılan çirkin kampaniyada Fransanın rolu haqqında nə kimi faktlar var?

- Fransanın Avropa və dünyada Azərbaycana qarşı apardığı siyasətin iflasa uğraması onun davranışlarının əsas səbəbidir. Hətta Almaniyanın indiki mövqeyi, Avropada olan münasibət, Avropa Şurasındakı yanaşmalar, Avropa Parlamentində Azərbaycana qarşı olan qərəzli qətnamələr, addımlar Fransa tərəfindən dəstəklənən amillərlə bağlıdır.

- Neokolonizmlə bağlı məsələlərin gündəmə gətirilməsində Parisin narahatlığına səbəb nədir?

- Artıq Almaniya da Fransadan imtina edir. Digər beynəlxalq təşkilatlar da başa düşürlər ki, ilana zəhəri verən kimdir. Faktiki bu gün Fransanın dünya üzrə siyasəti iflasa uğrayır. Bunu müxtəlif qitələrdə və ölkələrdə görmək mümkündür. İndiyə kimi heç kim Fransanın apardığı neokolonial siyasətin iç üzünü açmamışdı. Bu baxımdan Azərbaycanın gördüyü işlər yalnız keçmiş Qarabağ məsələsi və Fransanın destruktiv fəaliyyəti ilə bağlı deyil. Fransa illər boyu başqa ölkələrdən fərqli olaraq kolonial siyasətin aparılması və xalqlara tamamilə başqa bir davranış göstərdiyi halda guya demokratik dəyərləri qoruduğunu bəyan edirdi. Azərbaycan öz siyasətində bunu ifşa etməyə başlayıb. Dünya da artıq bu reallıqları görür. Yeni Koledoniya ilə bağlı davam edən proseslər bu qəbildəndir. İndiyə kimi dünyaya demokratik dəyərlər haqqında danışan Fransanın özü bu prinsiplərə ziddi olan davranış göstərib. Bunu Avropada olan başqa ölkələr bilsələr də onu gündəmə gətirməyə cəsarət etmirdi. Hətta böyük dövlətlər belə bundan çəkinirdi. Prezident İlham Əliyev isə bəyan etdi ki, Fransanın Azərbaycana qarşı qarayaxma kampaniyası sakit oturub qulaq asmayacayıq. Azərbaycan da öz növbəsində bu hallara qarşı mübarizəsini aparacaq, onların iç üzünü ifşa edəcək. Beləliklə, Fransanın neokolonizm siyasətinə qarşı bundan sonra da çıxışlar olacaq. Məsələlənin əsas səbəbi məhz budur.

- Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) fəaliyyətinin bərpası ilə bağlı xəbər yayılmışdı. Bu informasiyaların doğruluğu ilə bağlı nə demək olar?

- Hazırda AŞPA-nın sessiyası keçirilir. Mən başa düşürəm ki, kim nəyə görə bu informasiyaları yayır. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti, ölkənin ayrı-ayrı rəsmiləri öz mövqeyini bildirib. İlk addımı AŞPA atmalıdır. Amma hər hansı atılmış addım haqqında məndə heç bir məlumat yoxdur.


Müəllif: Tapdıq Qurbanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24095
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13474
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11285
Helikopter qəzası ilə bağlı yeni xəbər
7425
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5764
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5570
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5399
Rəisi öldü, Pakistanda matəm elan edildi
5131
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3975
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3780
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3673
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3533
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3255
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3090
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2783
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2548