AZ

İmtahanda rekord sayda MAKSİMUM NƏTİCƏ – Suallar daha asan idi, yoxsa...

Ötən gün martın 10-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Məlum olub ki, 50-dən artıq məzun maksimum - 300 bal toplayıb. Nəzərə alaq ki, son illərdə belə bir uğura rast gəlinməyib.

Bəs, bu ilki buraxılış imtahanında rekord səviyyədə məzunun uğur qazanmasının  səbəbi nədir? Sualların asanlaşması, yoxsa təhsilin səviyyəsinin yüksəlməsi?

Suallar təhsil üzrə ekspert Kamran Əsədov aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, buraxılış imtahanlarının bu ilki nəticələri kifayət qədər rezonans doğurub:

“Çünki bu dəfə Azərbaycanın təhsil tarixində olmayacaq qədər abituriyent maksimum nəticə topladı. Bu imtahanda maksimum bal 300 idi və 53 məzun da bu balı toplaya bilib. Əgər əvvəlki illərdə 2-3, maksimum 5 məzun ən yüksək hədəfə çatırdısa, bu il bu göstərici kifayət qədər böyük oldu. 

Bunun da bir neçə səbəbi var. 

Səbəblərdən biri odur ki, Elm və Təhsil Nazirliyi orta məktəblərdə buraxılış imtanı modelində monitorinq imtahanları keçirib. Son 3 ilə qədər belə bir hal yox idi. Ədalət naminə deyək ki, Nazirlik orta məktəblərdə təhsilin keyfiyyətini artırmaq üçün böyük işlər görür. Xüsusən də qiymətləndirmə və monitorinqlərin buraxılış imtahanlarına uyğun şəkildə keçirilməsi bugünkü nəticəyə öz təsirini göstərib. İndiyə qədər abituriyentlər test tapşırıqları ilə tanış deyildi. Amma indi onlar test tapşırıqlarıyla yaxından tanışdırlar. Bu tanışlıq da imtahanın nəticələrinə öz təsirini göstərib”. 

Kamran Əsədov digər səbəbdən də danışıb:

“Digər səbəbsə odur ki, DİM-in hazırladığı suallar artıq müəllimlərə və repetitorlara məlumdur. Ona görə də imtahan modeli və suallar tanış olduğu üçün məzunların yüksək nəticə göstərməsi təəccüblü deyil. Belə demək mümkünsə, müəllimlər DİM-in sirrini artıq çözüblər. Buraxılış imtahanındakı bu uğur I və IV qruplar üzrə qəbul imtahanında müsabiqəni xeyli gücləndirəcək. 

Amma digər qruplarda balların qalxma ehtimalı yoxdur. Görünən odur ki, bu il universitetlərin qəbul planı yerləri xeyli dərəcədə artacaq və bəlkə də 60 mini keçəcək.

Müqayisə etsək, görərik ki, 2010-cu ildə universitetlərin qəbul planı yeri 29 min idi. Bu il Qarabağ və Azərbaycan-Türkiyə universitetləri də fəaliyyətə başlayacaq. Bu da qəbul planını artıracaq. 

Amma yadda saxlayaq ki, buraxılış imtahanında ortalama bal yüksək deyil. Bu il də ortalama bal 120-130-dur. Sonda onu da deyim ki, bu ilki imtahan sualları ötən ilki suallarla müqayisədə xeyli asan idi. Bu mübahisəsiz belədir. Test tapşırıqlarında 30-40 faiz asanlaşma var. Bu da nəticəyə öz təsirini göstərib”.

Surxay Atakişiyev, Bizim.Media
 

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
74
Bu yol qovşağında təmir işləri aparılacaq
49
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
47
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
41
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
39
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
29
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
25
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
21
Ожидается перезапуск франшизы «Бегущий в лабиринте»
21
Çingiz Mustafayevin toyudur - FOTOLAR
20
Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub
20
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
19
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
19
MLS-in səviyyəsini tənqid etdi: Messinin oyununu şişirtmək lazım deyil
13
YENİ QƏRAR: Bu evlərə “kupça” verilməyəcək 
12
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
11
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
11
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər mükafatlandırılacaq
11
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
9
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
9