AZ

“Erməni soyqırımı” iddiları:XX əsrin ən böyük iftirası

Arxivdəki həqiqətlər üzə çıxarsa bütün dünya bu böyük yalana görə Türkiyədən üzr istəməli olacaq

İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları türk millətinə qarşı qətliamlar həyata keçirir, torpaq idiaları irəli sürür, böyük fəlakətlər və soyqrım törədiblər. XX əsrin əvvələrindən türk millətinə qarşı kütləvi qırğınları, yerini-yurdunu tərk etmələri, sürgünlük etdikləri göz qabağındadır. Belə  bir sual verək: “Erməni  soyqırımı” məsələsi necə və haradan meydana çıxdı?

Ermənilər iddia edirlər ki, guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırıblar. Tarixi faktlara əsasən deyə bilərik ki, Türkiyənin XX əsrin əvvələrində başını qaşımağa macalı yox idi. İngiltərə və Fransa tarixdə ən böyük donanma ilə Türkiyə üzərinə hücum etmişdi. 1915-ci ilin aprelin 24-də Osmanlı dövləti ərazisində bir erməni belə qətlə yetirilməyib. Sadəcə olaraq, ölkədə cinayətkar fəaliyyətinə görə “Daşnak” və “Hnçak” partiyalarının rəhbərləri həbs olunub. Tarixi faktlar, arxiv materialları da dediyimizə sübutdur. Qondarma “erməni soyqırımı” məsələsinin mahiyyəti belədir: Osmanlı İmperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən ona qarşı müxtəlif planlar cızırdılar. “Şərq məsələsi” adlanan ideya da məhz həmin planların reallaşdırılması məqsədilə ortaya atılmışdı. Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin “qorunmaması” məsələsi bəhanə ola bilərdi. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci ildə Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etdi və sözügedən soyqırımı iddiası da bu dövrdən etibarən ortaya çıxdı. Güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə üsyanlar da təbii hal almağa başladı. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdirdilər. Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxardı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırımı günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edildi. Onların böyük əksəriyyəti kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə səpələnməsini nəzərdə tutsa da, praktikada hər şey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara, həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.

Göründüyü kimi, heç bir qətliam və yaxud “soyqırımı”ndan söhbət gedə bilməz. Sadəcə, ermənilər aprelin 24-nü ona görə “soyqırımı günü” kimi qeyd edirlər ki, köç haqqında qərardan sonra onların dövlət yaratmaq istədikləri 6 vilayətdə (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) onsuz da azlıq təşkil edən ermənilərin sayı minimuma endirildi. Yəni, onların Türkiyə ərazisində dövlət yaratmaq xülyaları boşa çıxdı. Əslində isə erməni terror dəstələri I Dünya savaşı əsnasında Fransa və Rusiya ilə birlikdə Osmanlıları öldürdü. Realıqda bu rəqəmin iki milyon ətrafında olduğu bir gerçəkdir. ABŞ-ın eks-prezidenti Ronald Reyqanın hüquq müşaviri Bruce Fein rəhbərliyi ilə yaradılmış qrupun 1981-ci ildə hazırlayıb təqdim etdiyi raportdan: “Ağ Saray araşdırma etdi, ermənilərin 2 milyon müsəlman Osmanlını qətl etdiyi ortaya çıxdı. Ermənilər öz arxivlərini açmır, çünki bu gerçəyin ortaya çıxmasını istəmir, ermənilərin bu iddiaları son dərəcə əsassızdır”. Reyqanın özü də “soyqırım”ı tanısa da arxivdəki həqiqətlərin üzə çıxması ilə bütün dünyanın bu böyük yalana görə Türkiyədən üzr istəyəcəyini demişdi.

Məlumdur ki, uzun illərdir ki, ABŞ-da yaşayan ermənilər, soyqırımı yalanı ilə böyük gəlirlər əldə edir. ABŞ rəhbərliyi də büdcəsinə böyük pullar döndüyü üçün ermənilərin qarşısına almaq istəmir. Ermənilər israrla öz arxivlərini açmır. Çünki illərdir soyqırım yalanı ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər açıldığı anda gerçək ortaya cıxacaq. Buna baxmayaraq, ermənilər 1965-ci ildən etibarən hər il aprelin 24-nü “soyqırım günü” kimi qeyd edirlər. Faktları ustalıqla şişirdən ermənilərin və erməni lobbisinin hədəfi tələblərinin yerinə yetirilməsidir: 1-ci “soyqırımı”nın dünyada tanınması; 2-ci Türkiyənin “soyqırımı” tanıması; 3-cü Türkiyənin “soyqırımı”na uğramış adamların varislərinə təzminat ödəməsi; Beynəlxalq hüquq  qanunlarına əsasən  hesab edilir ki, dünya ölkələrinin “soyqırımı” qərarlarını qəbul etməsində 5 amil rol oynayır. Lakin xəyanətkar erməni heç bir sübut belə ortaya qoya bilməmişdir. Bu fakt onu deməyə əsas verir ki, ermənilərin Osmanlı dövründə “soyqırımı”na məruz qalması uydurmadan başqa bir şey deyil  və bunu indiki Ermənistan hakimiyyəti də yaxşı bilir.

Ermənistan parlamentinin müdafiə komitəsinin sədri Andranik Koçaryanın açıqlamaları da qeyd edilən fonda xüsusi diqqət cəlb edir: “Ermənistanın baş naziri Nikol Paşinyan “soyqırım”a aid real əsaslar yaratmaq, soyqırıma məruz qalan soydaşların daha obyektiv siyahısının tərtib olunmasını istəyir”. O bildirib ki, “soyqırım”a məruz qalan milyon yarım erməninin adbaad siyahısının tərtib olunması zərurudur. Koçaryan bunun niyə zəruri olmasının səbəblərini izah etməyə çalışıb: “Məqsəd sadədir. Biz 1.5 milyon soydaşımızın ünvanını və yerini bilməliyik. Bu, bizim gələcək münasibətləri qurmağımız baxımından da vacibdir. Tarix aprelin 24-dür. 1.5 milyon, 2 milyon və ya bundan az, tam dəqiqləşdirilməlidir. Əgər biz bunu belə sənədləşdirməsək qarşı tərəf həmişə deyə biləcək ki, belə bir şey heç vaxt olmayıb. Elə deyir də... Bizdən “soyqırımı” soruşanda biz həmin 1.5 milyon erməninin adlarını təqdim edə bilməliyik. Bu adamların adları Soyqırın Muzeyinin divarlarına həkk olunmalıdır. Mən deyə bilməliyəm ki, “soyqırımı”na görə bugünkü Ermənistana köçmüşəm və bu Ermənistan bizə 1946-cı ildə mühüm demoqrafik problemi həll etmək imkanı verib. “Erməni soyqırımı” ilə bağlı tarixi faktlar dəqiq deyil ki, Türkiyədə 1.5 milyon erməni həqiqətən də qətlə yetirilib, işgəncələrə məruz qalıb və öldürülüb. Paşinyanın əslində öz hökmü var, o, işgəncələrə məruz qalan ermənilərin şəxsi məlumatlarını tapmaq, oxumaq, saymaq və əmin olmaq istəyir. Tarixi faktlar, mövcud elmi əsərlər və qərarların çoxluğu onu qane etmir”.

Ermənistandakı Soyqırımı Muzeyinin keçmiş direktoru Suren Manukyan hökumətin bu təşəbbüsünü təhlükəli hesab edir. O xatırladır ki, belə bir siyahının tərtib olunması inkar tezislərindən biridir. Onun sözlərinə görə, İrəvan bu tezisə cavab olaraq həmişə bildirib ki, nə qədər insanın ölməsi mühüm deyil, vacib olan bir qrup insanı məhv etmək niyyətidir: “Belə çıxır ki, illər və onilliklər ərzində bunu deyən Ermənistanın özü indi buna inanmır. Bu, çox qəribədir. Çünki beynəlxalq alimlər, Beynəlxalq Soyqırım Alimləri Assosiasiyası arasında belə bir konsensus, iki qətnamə var. Əlbəttə “erməni soyqırımı” olub. İndi ermənilərin bunu şübhə altına alması qəribədir”. O qeyd edib ki, Paşinyanın təşəbbüsü ictimaiyyəti heç vaxt bitə bilməyəcək bir proseslə məşğul etmək, ona resurslar sərf etməkdən ibarətdir. Bunun fonunda türklər deyəcəklər ki, ermənilər prosesi başa çatdıranda danışarıq. Belə təəssürat yaranır ki, Ermənistan hakimiyyəti bizim “erməni soyqırımın”dan imtina etməyimizi təmin etməyə çalışır”. Keçmiş prezident Serj Sarkisyanın Respublika Partiyasının sədr müavini Eduard Şarmazanovun sözlərinə görə, əvvəlcə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Paşinyan indi də “soyqırımı” məsələsini unutdurmaq istəyir: “Paşinyan bəlkə də Türkiyə və Azərbaycandan 24 apreli unutdurmaq göstərişi alıb”. Politoloq Akop Badalyan bildirib ki, “erməni soyqırımı” ilə bağlı arxivlərdə kifayət qədər material yoxdur və belə olan halda 100 illik uydurma soyqırımı ilə bağlı dəlil-sübut tapmaq çox çətin olacaq: “Məhdud imkanlar şəraitində 1,5 milyon nəfərin adını tarixi sənədlər üzərindən bərpa etmək böyük işdir. Həm də arxivlərin əksəriyyəti başqa ölkələrdədir”.

Xatırladaq ki, aprelin 24-də ermənilərin “soyqırımı” adlandırdıqları hadisənin 109-cu ildönümü qeyd olunacaq. Ankara məsələnin həlli üçün Ermənistanı öz arxivlərini açmağa çağırır. Lakin İrəvan hələ də bundan imtina edir.

Sevinc Azadi, “İki sahil”

Seçilən
170
23
Mənbələr
Şərh ()
Bağla