- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Basketbol üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib.
Bizim.Media xəbər verir ki, ilk yarımfinal oyununda “NTD-İndiqo” “Xəzri” ilə qarşılaşıb.
“Xəzri” rəqibinə 78:73 hesabı ilə qalib gələrək finala adlayıb. Oyunun ən yaxşısı 18 xal toplayan qalib komandanın üzvü Vüqar Məmişov olub.
Azərbaycan Basketbol Liqasının debütantının finaldakı rəqibi “Sərhədçi” – “Neftçi” arasında keçirilən ikinci yarımfinal oyunundan sonra bəlli olub.
Bu oyunda isə "Neftçi" rəqibinə 91-73 hesabı ilə qalib gəlib. Beləliklə aprelin 20-də saat15:00-da keçiriləcək final görüşündə "Neftçi" ilə "Xəzri" üz-üzə gələcək. Oyun İdman TV ilə canlı yayımlanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.