AZ

Gürcüstanda parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilir

Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilə əlaqədar dörd gündür parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyası keçirir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu gün aksiyada iştirak edənlərin sayı əvvəlki günlərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

Hazırda parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayan minlərlə etirazçı "Rusiya qanununa yox", "Avropaya hə, Rusiyaya yox" şüarları səsləndirirlər.

Aksiya ilə əlaqədar parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib

Seçilən
201
50
Mənbələr
Şərh ()
Bağla