AZ

Naxçıvan-Şahbuz magistralında qəza olub, xəsarət alan var

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Şahbuz rayonu Sələsüz kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Cəhri kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Daşqın Muxtar oğlu xəsarət alıb.

O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
47
20
Mənbələr
Şərh ()
Bağla