AZ

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb.

BiG.AZ xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb.

Açıqlamada Rusiyanın Tallindəki səfirliyində çalışan diplomatın martın 19-da heç bir əsas olmadan "persona non-qrata" elan edildiyi xatırladılıb və bu vəziyyətə etiraz edildiyi vurğulanıb.

Bəyanatda "Qarşılıqlılıq prinsipinə əsaslanaraq, Vanamolderə Estoniyanın Moskvadakı səfirliyinin diplomatik əməkdaşının Rusiyadan deportasiya ediləcəyi bildirilib.


BiG.Az
Seçilən
111
1
Mənbələr
Şərh ()
Bağla